Əlaqə Arxiv
news Image
2017.08.22
17:39
| A A A
Xocavənd istiqamətində atışma: Erməni polkovnik-leytenant və kapitan yaralandı

Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilmiş hərbi hissələrindən birində iki zabitin yaralanması ilə nəticələnən insident baş verib.

Movqe.az virtualaz.org-a istinadən xəbər verir ki, təmas xəttinin Xocavənd istiqamətində yerləşən hərbi hissədə baş vermiş silahlı insident nəticəsində yaralananlar polkovnik-leytenant  və kapitan rütbəli zabitlərdir. Onlardan birinin kimliyi də göstərilir-Arsen Hovakimyan.

Xocavənddə düşmən əsgərləri

Ermənistan Müdafiə Nazirliyi bu faktı ictimaiyyətdən gizlədir və Azərbaycan tərəfini atəşkəsin pozulmasında ittiham etməyə çalışır. Xatırladaq ki, bundan əvvəl erməni qüvvələrinin Ağdərənin Madagiz qəsəbəsində yerləşən hərbi hissəsində zabitin iki əsgəri bərk döydüyü məlum olmuşdu. Ötən gün isə Ermənistan ordusunun kapitanı özünü güllələyib.

Sizin Reklam Yeriniz