Əlaqə Arxiv
news Image
2017.08.23
10:26
| A A A
Rusiya və Türkiyə 820 mln dollar dəyərində müqavilələr razılaşdırıblar

Rusiya və Türkiyə şirkətləri 86-cı İzmir beynəlxalq sənaye sərgisi zamanı 820 mln. dollar dəyərində müqavilələr razılaşdırıblar. Bunu “RİA Novosti”yə Rusiyanın sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov bildirib.

“Yalnız Rusiya İxrac Mərkəzinin məlumatına əsasən, “MatchMaking” formatında keçirilmiş 196 görüş zamanı 820 mln. dollar dəyərində mühüm kontraktlar razılaşdırılıb”, - deyə Kalamanov bildirib.

Qeyd edək ki, sərgi avqustun 18-dən 22-dək davam edib. Rusiya sərgidə tərəfdaş ölkə qismində iştirak edib.

Sərgidəki Rusiya ekspozisiyaya Vladimir, Tula, Lipetsk, Voronej vilayətləri, Stavropol diyarı, Tatarıstan və Şimali Osetiyadan iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 45 şirkət iştirak edib. 

azvision.az

Sizin Reklam Yeriniz