Əlaqə Arxiv
news Image
2017.08.24
09:30
| A A A
Moskva forpostuna qarşı təzyiqlərini işə salır
Adıgözəl Məmmədov : “Moskva istəyir ki, İrəvan hadisələri gərginləşdirməsin və beynəlxalq qurumların tələbləri çərçivəsində addımlar atsın” Natiq Miri: “Ən azından cəbhə xəttində erməni hərbi birləşmələrinin mütəmadi təxribatlar yaratmasının qarşısı alınmalıdır”

Məlumdur ki, Rusiya prezidenti Vladimir Putin avqustun 23-də Soçidə erməni həmkarı Serj Sarkisyanla görüş keçirib. Görüşdə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunub. Görüş zamanı Rusiya Ermənistan qarşısında Qarabağ məsələsində konkret fəaliyyət proqramı qoyması haqqında iddialar var. Hətta müəyyən ərazilərin boşaldılmasını bardə fikirlər səslənir.

Slavyan-Türk Birliyinin sədri Adıgözəl Məmmədov bildirdi ki, V. Putin Rusiya-Ermənistan münasibətlərini həm təftiş, həm problemlərin aradan qaldırılması, həm də perspektivdə iki ölkə arasında münasibtlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıb: “Fikir mübadiləsinin tərkib hissəsindən də biri Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi olub. Rusiya regionda əlavə gərginliyin yaranmasının tərəfdarı deyil. Bu gərginliyi azaltmaq üçün Ermənistanda tərəfindən hansısa formada istəkləri var. 
Faktiki olaraq, ABŞ və İsrailin Orta Şərq siyasəti Moskva-Tehran-Ankara üçlüyü tərəfindən küncə sıxışdırılıb. Bu kontekstdə Rusiyanın Ermənistana müəyyən tövsiyələri var. Yəni, Moskva istəyir ki, İrəvan hadisələri gərginləşdirməsin və beynəlxalq qurumların tələbləri çərçivəsində addımlar atsın. Bütün bunların nəticəsində deyə bilərik ki, mövcud vəziyyət Azərbaycanın xeyrinədir”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri  isə səslənən iddialara fərqli yanaşdı. Onun fikrincə, Rusiyanın yürütdüyü siyasədə hələ bu hiss olunmur: “Problemin həlli istiqamətində irəliyə doğru addımlar müşahidə etmirik. Ancaq Dağlıq Qarabağ probleminin müzakirə olunduğu təbiidir. 
Azərbaycan Prezidentinin mütləq Vladimir Putindən müəyyən tələbləri olub. Ən azından cəbhə xəttində erməni hərbi birləşmələrinin mütəmadi təxribatlar yaratmasının qarşısı alınmalıdır. Əsas məsələ üzrə danışıqlar prosesinin başlaması üçün Rusiya Ermənistana təzyiq etməlidir. Ancaq indiki şəraitdə Rusiyanın Ermənistana təzyiq edəcəyi hiss olunmur. Həmçinin Ermənistanda Azərbaycanın əleyhinə olan bəzi prsosesləri məhz Rusiya idarə edir. 
Rusiya Dağlıq Qarabağ məsələsinin həllində maraqlı olduğunu göstərməyib. Bunda maraqlı olmuş olsaydı, irəliyə doğru addımlar atardı. Bu fonda da Ermənistanın hərbi təxribatlar törətməsi bilavasitə Rusiyanın sifarişi ilə həyata keçirilir. Ona görə də Soçi görüşü növbəti dəfə görüntü yaratmaq üçün konturların razılaşdırılmasına xidmət edəcək. Azərbaycan bu cür danışıqlara qətiyyən razı olmamalıdır”. 

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz