Əlaqə Arxiv
news Image
2017.08.23
17:49
| A A A
"YouTube" Suriyadakı zülm videolarını silir

"YouTube"un Suriyadakı vətəndaş müharibəsi əsnasında çəkilmiş  minlərlə videonu saytdan silib. Movqe.az "New York Times" qəzetinə istinad bildirir ki, şirkətin qaydaları pozan məzmunu avtomatik olaraq aradan qaldıran yeni texnologiyanı dövriyyəyə daxil edib. Bundan sonra "YouTube" kanallarında  saysız  video silinib. Beynəlxalq Cinayət Məhkəməsinin texnologiya məsləhət qrupunun idarə heyətinin üzvü və insan hüquqları pozuntularına dair sənəd yığan Benetechin sədrinin köməkçisi Keith Hiatt yalnız Suriya mövzusunda ən az 200 qeyri-hökumət təşkilatının işlədiyini vurğulayıb. Bu təşkilatlarda işləyən şəxslərin insan hüquqları pozuntularının sənədləşdirilməsi üçün canlarını ortaya qoyduğunu və ya həyatlarını itirdiyini söyləyib. Hiatt "YouTube"nin Suriyadakı zülmü gözlər önünə gətirən bu videoları silməklə platformlarının insan hüquqlarının pozulması mövzusunda ən zəngin məlumat mənbəyini itirəcəyini ifadə edib. 

Mübariz Bayramov

Sizin Reklam Yeriniz