news Image
2011.11.30
14:00
| A A A
Moskva Qəbələ RLS-i ABŞ-a qarşı yönəldir
ABŞ və Rusiya arasından raket qalmaqalının Azərbaycana da təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır ABŞ və Rusiya arasından getdikcə daha gərgin xarakter almağa başlayan raket ziddiyyətidə Azərbaycanın da yer alması istisna edilmir. Daha doğrusu Azərbaycan ərazisində yerləşən Qəbələ RLS-dən Rusiyanın ABŞ və NATO-ya qarşı faydalanacağı gözlənir. Bu da öz növbəsində sözügedən stansiyaya qarşı Qərbin baxış bucağının dəyişməsi deməkdir.

Hadisələrin real gedişi isə göstərir ki, ABŞ və Rusiya arasında raket qalmaqalı daha təhlükəli xarakter almağa başlayır. Moskva ABŞ-ın Avropada raket əleyhiən müdafiə sistemi quraşdırmasına açıq narazılıq bildirir.

Rusiya prezidenti Dmitri Medvedyev deyib ki, ABŞ Avropada raketlərdən müdafiə planları ilə bağlı ölkəsinin narahatlıqlarını nəzərə almasa, Moskva öz raketlərini Amerikanın şərqi Avropadakı obyektlərinə yönəldəcək.

Cənab Medvedyev onu da vurğulayıb ki, Birləşmiş Ştatlarla raketlərdən müdafiə qalxanının yaradılması ilə bağlı razılıq əldə edilməsə, Rusiya ölkənin cənub və qərb bölgələrində uzun mənzilli raketlər yerləşdirəcək.

Rusiya prezidenti həmçinin qeyd edib ki, iki ölkə arasında razılıq olmayacağı təqdirdə, Moskva Vaşinqtonla yeni START müqaviləsi və silahlara nəzarətə dair başqa müqavilələrdən çıxmaq məsələsini nəzərdən keçirəcək. O həmçinin Kalininqrad şəhərində raket hücumundan xəbərdarlıq sisteminin yaradılması haqda göstəriş verdiyini deyib.

Ağ Ev Rusiya prezidentinin bəyanatına cavab verərək, ABŞ-ın raketlərdən müdafiə qalxanının yaradılması planlarından geri çəkilməyəcəyini bildirib. Birləşmiş Ştatlar NATO-nu və digər müttəfiqləri İran və Şimali Koreyanın mümkün hücumlarından müdafiə etmək məqsədilə raket əleyhinə sistemin yaradılmasına çalışır. ABŞ sistemin müdafiə xarakteri daşıdığını və Rusiyaya qarşı yönəlmədiyinə israr edir. ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner vurğulayıb ki, Amerikanın Avropadakı RƏMS sistemi Rusiyaya qarşı hər hansı şəkildə yönəlməyəcək: "Biz Rusiya ilə RƏMS-in Avropada yerləşdirilməsi barədə planlarımıza dair açıq və səmimi olmuşuq. Bizim planlarımız İran tərəfindən bizim (Avropadakı) tərəfdaşlarımıza qarşı yönələn təhlükənin nəticəsidir. Rusiyanın hər-hansı əlavə hərbi xarakterli ölçü götürməsinə xırdaca bir səbəb yoxdur, çünki RƏMS Rusiya ilə ABŞ arasında olan strateji balansa təsir göstərməyəcək".

Ağ Evin nümayəndəsi Tommi Vaytor isə söz verib ki, ABŞ Rusiya ilə əməkdaşlığı davam etdirəcək, lakin onu da deyib ki, RƏMS-in Avropada yerləşdirilməsi üzərində aparılan işlər yaxşı gedir və ABŞ öz planlarından imtina etməyə heç bir səbəb görmür. NATO-nun baş katibi Anders Foq Rasmussen isə bəyan edib ki, Rusiyanın hədələrindən çox təəssüflənib. Onun sözlərinə görə, bu vəziyyət keçmişi xatırladır və NATO ilə Rusiya arasında tərəflərin səy göstərdiyi strateji əməkdaşlığa xeyir gətirməyəcək: "İrəliyə gedən yol əməkdaşlıqdan keçir, qarşıdurmadan yox". Rusiyanın NATO-dakı daimi nümayəndəsi Dmitriy Roqozinin dediyinə görə, Kreml keçmiş SSRİ prezidenti Mixail Qorbaçov kimi hərəkət edib, Qərbin şifahi vədlərinə inanmayacaq":İndiki siyasi hakimiyyət Qorbaçov kimi hərəkət edə bilməz. Ona ratifikasiya olunmuş yazıli anlaşmalar lazımdır".

Qey ded əkki, Rusiya Çin və İran kimi NATO əleyhdarları olan dövlətlərin yardımından faydalanmağı da özünün yeni planlarına daxil edib. Məlumdur ki, Rusiya Tehran və Pekinlə alternativ birgə raket əleyhinə müdafiə sistemlərinin yaradılması ilə bağlı danışıqlar aparır. Artıq tərəflər arasında bu mövzuda bir sıra məsləhətləşmələr keçirilib. Sözügedən dövlətlərin hamısı belə hesab edir ki, NATO əslində RƏM sistemlərini onlara qarşı yönəldib. Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşevin İrana səfəri zamanı 2 ölkənin bu mövzuda fikirlərinin üst-üstə düşdüyü aydın olub. Məlumatlara görə, İran, Rusiya və Çin artıq bu sahədə alyans yaratmaq qərarına gəlib. Mütəxəssislər isə hər 3 ölkənin zenit-raket kompleksləri sahəsində ciddi uğurlara nail olduğuni bildirərək, RƏM-ə qarşı alternativin yaradılmasının onlar üçün çətinlik yaratmayacağını düşünürlər. İran, Rusiya və Çinin birgə alyans yaratması fonunda Qəbələ RLS-in də buraya daxil ediləcəyi heç bir şübhə doğurmur. Nəzərə alsaq ki, Qəbələ RLS böyük kəşfiyyat imkanlarına malikdir, onda onun bu imkanlarından faydalanmağa Rusiya ilə yanaşı, Çin və İranın da maraqları böyük olacaq. Bu isə o deməkdir ki, İran, Rusiya və Çin birgə RƏM alyansı formalaşdıracağı halda Qəbələ RLS-dən Qərb dövlətlərinə, o cümlədən NATO-ya, ABŞ-a qarşı istifadə olunacaq.

Onu da qeyd edək ki, Rusiya tərəfindən icarəyə götürülmüş Qəbələ Radiolokasiya Stansiyasının təmiri yaxın iki il ərzində başa çatacaq. 2013-cü ilədək stansiyanın texniki imkanlarının bir neçə dəfə artırılması, lakin bu zaman ətraf aləmə təsirini minimal həddə endirməyə imkan verən ən müasir avadanlıqla təchiz edilməsi planlaşdırılır. Hazırda stansiyada əsaslı rekonstruksiya işləri aparılır, avadanlıq, antenalar dəyişdirilir. Bununla əlaqədar RLS tam gücü ilə fəaliyyət göstərmir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs