Əlaqə Arxiv
news Image
2013.03.01
11:09
| A A A
Radikal müxaliftəin psevdovətənpərvərliyi yenidən ifşa olunur
Tahir Kərimli: “Əgər həqiqətən də onlar əqidə və ideologiyaya sahib olsaydılar, kimliyindən asılı olmayaraq, müdafiə tədbirləri həyata keçirmişdilər” Elçin Mirzəbəyli: “Dünyanın hansısa bir ölkəsində anti – Azərbaycan qrupları fəaliyyətə keçən kimi, burdakı radikal düşərgə də aktivləşir”

Məlumdur ki, fevralın 26-da, Xocalı soyqırımının ildönümü günü Parisdə Azərbaycan Evinin sədri, Fransadakı Avropa Azərbaycanlıları Konqresinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov ermənilərin hücumuna məruz qalaraq döyülüblər. Hadisədən dərhal sonra Azərbaycan hökuməti 

Fransa Xarici İşlər Nazirliyinə (XİN) Parisdə Azərbaycan diasporunun üzvlərinin ermənilər tərəfindən fransız deputatın yardımı ilə  döyülməsi faktınaı etiraz notası təqdim etdi. Bundan başqa müvafiq dövlət qurumları da Parisdə baş vermiş hadisəni pisləyib. Həmçinin parlamentdə də hadisənin müzakirə olunacağı gözlənir. Amma aksiyalar "vurğunu" olan radikal müxalifətdən bu dəfə də məsələ ilə bağlı bir hərəkət görmədik. Halbuki, bu məsələ milli, dövlət maraqlarını daşıyır. Təbii ki, məhz belə anlarda susmaq, artıq əqidənin hansı yolda olmasını açıq şəkildə ortaya qoyur. Hətta bir az da dərinə getsək, susmaq razılıq, barışmaq əlamətini də daşıyır. 

Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirir ki, müxalifətin bu cür reaksiyasızlığına iki şərh vermək olar: "Birincisi, müxalifət təşəbbüskarlıq imkanlarını itirib. Özü hadisələrin "quyruğunda" sürünür və heç bir təşəbbüslə çıxış edə bilmir. Hətta İctimai Palata belə, yarıiflic vəziyyətdədir. İkincisi səbəb isə odur ki, burda onların bir qısqanclığı var. Qısqanclıq ondan yaranıb ki, xaricdəki vətəndaşlarımız müxalifətin "əli" olmadan vətənpərvərlik göstəriblər. Müxalifət də belə vətənpərvərliyi qısqanclıqla qarşılayır. Əgər həqiqətən də onlar əqidə və ideologiyaya sahib olsaydılar, kimliyindən asılı olmayaraq, müdafiə tədbirləri həyata keçirmişdilər. Müəyyən səfirliklərin qarşısında etirazlarını bildirmişdilər. Bu isə müxalifətin siyasi qürur səviyyəsinin enməsidir. Amma belə işlərdə müxalifətin geri qalması onların özlərinə ziyandır".

Partiya sədrinin fikrincə, onların iqtidara qarşı olan xarici təşkilatlarla əlbirliklərini istisna etmək olmaz: "Ona görə də bəzən ermənilərin olduğu tədbirlərdə onlar da iştirak edirlər. Bütün bunlar onu göstərir ki, radikal müxalifətin dolayı şəkildə xarici təşkilatlarla bağlılığı var. Hətta 26 fevral günü erməni kanalları böyük bir reportaj da verirdi. Orda Eynulla Fətullayevin Azərbaycanın əleyhinə olan nə qədər sözlərə istinad edirdilər. Əslində o, iqtidara yox, Azərbaycan dövlətinə düşmənçilik edir. Bu kimi misalları göstərəndə, anoloji müqayisə aparanda, onların ən azından dolayı yolla xaricilərlə bağlılığını görmək mümkündür".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirir ki, radikal müxalifətin mövqeyi bəllidir: "Yalnız Azərbaycanın əleyhinə olan, öz siyasi maraqlarına, iddialarına xidmət edən hadisələrə reaksiya verirlər. Hətta milli məsələlərlə bağlı olan hadisələrə reaksiya verəndə də, bu reaksiya öz maraqları çərçivəsində olur. Bütün prosesləri öz baxışlarından dəyərləndirirlər. Fransada baş verən olay olduqca qəbuledilməz hadisədir. Bu günə qədər faktiki olaraq görünməmiş olaylardan biridir. Bu, əslində, həm erməni diasporunun simasını açıb, həm ermənilərin hansı vəhşiliyə qadir olduğunu ortaya qoyur, həm də demokratiyadan dəm vuran Fransanın deputatlarının simasının arxasında hansı eybəcərliklərin gizləndiyini nümayiş etdirir. Təbii ki, radikal müxalifət erməni diasporuna münasibətdə də hər zaman ehtiyatlı mövqe sərgiləyirlər. Çünki, onların nəzarətində olan QHT-lərin bir hissəsi uzun illər boyu məhz erməni diasporasının aktiv iştirak etdiyi donorlar tərəfindən maliyyələşdirilir. Fransanın Avropanın böyük ölkəsi olduğunu üçün Fransaya münasibətdə kəskin mövqe ortaya qoymurlar. Çünki, şəxsi siyasi maraqlarını güdürlər. Bu, onların xüsusiyyətinə, mahiyətinə xas olan bir şeydir. Ona görə də əslində, təəccüblənməyə dəyməz. Bu hadisəyə Azərbaycan ictimaiyyəti öz reaksiyasını verdi".

Elçin Mirzəbəyli bildirir ki, dünyanın hansısa bir ölkəsində anti – Azərbaycan qrupları fəaliyyətə keçən kimi, burdakı radikal düşərgə də aktivləşir: "Oxşar xarakterli bəyanatlar səsləndirirlər. Bunu koordinə olunmuş fəaliyyət kimi də dəyərləndirmək olar. Burada da qeyri – adi bir iş yoxdur. Azərbaycan cəmiyyətinə bəlli olan bir hadisədir. Təəssüflər olsun ki, Azərbaycanın siyasi həyatında hələ də milli maraqlar məsələsində tamamilə əks mövqedən çıxış edən və ayrı – ayrı xarici qüvvələrin nüfuz müvəkkilliyini yerinə yetirən siyasətçilər var".



Sizin Reklam Yeriniz