Əlaqə Arxiv
news Image
2013.03.01
12:29
| A A A
Saakaşvili: "Sadıxov və Çaxalyan Gürcüstan və Azərbaycanda çevriliş hazırlayır"
Bu barədə Gürcüstan prezidenti Bakıdan qaydarkən Tiflis hava limanında jurnalistlərə açıqlamasında bildirib

Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Azərbaycana iki günlük səfərin gedişi zamanı Azərbaycan və Gürcüstanın hansı təhlükə qarşısında olduğunu aydın görüb. O, bu barədə bu axşam Bakıdan qayıdarkən Tiflis hava limanında jurnalistlərə bildirib. 


Onun sözlərinə görə, bu təhlükə əslən Qardabani rayonundan olan çox varlı Rusiya biznesmeni Sadıxovun başçılığı altında diaspora təşkilatının yaradılması ilə bağlıdır. "Bu diaspora təşkilatına Ələkbərovu və daha bir neçə rusiyalı milyarderi daxil ediblər, təşkilatın əsas məqsədi Azərbaycanın müstəqilliyinin qarantı olan indiki Azərbaycan prezidentinə qarşı mübarizədir, eynən keçən ilin oktyabr ayında seçki qabağı Gürcüstanda olduğu kimi", - deyə Saakaşvili vurğulayıb. Onun sözlərinə görə, "bu mübarizədə pul, oliqarxlar, Rusiya kapitalı, şantaj və müxtəlif provokasiyalardan istifadə edilir".


Gürcüstan prezidentinin fikrincə, ən maraqlısı da odur ki, Sadıxov Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət alacağını bildirib. "Maraqlısı odur ki, Sadıxov qardabanlıdır və Sadıxov bəyan edib ki, Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə edəcək. Bir neçə gün öncə Gürcüstan hökumətinin yardımı ilə əfvə düşümüş Çaxalyan isə Tiflisdə mətbuat kolnfransı keçirərək mənim həbsimi istəyib. Siz yəqin ki, bilirsiniz, bütün bu müddət ərzində o, Cavaxetiya üçün muxtariyyət tələb edir", - deyə Saakaşvili bildirib və ictimaiyyəti bu təhlükələrə qarşı mübarizəyə çağırıb.


Sizin Reklam Yeriniz