Əlaqə Arxiv
news Image
2017.09.19
09:00
| A A A
Demoqrafik problem erməni ordusunun axırına çıxır
Elman Məmmədov: “Bu hal Ermənistan cəmiyyətini ciddi təşvişə salan bir amildir və proses gələcəkdə özünü daha qabarıq şəkildə göstərəcək”

Ermənistan ordusunun döyüş və qeyri-döyüş şəraitində itkiləri sürətlə artır, fərarilik halları çoxalıb. Artıq düşmən işğal altında olan ərazilərdə posta çıxarmağa belə lazımınca əsgər tapmır. Bunun nəticəsidir ki, indi qadınları da orduya çağırmaq qərarına gəliblər. 

Eyni zamanda, Ermənistranı tərk edib gedənləri sayı da günü-gündən daha da artır. Ölkənin iqtisadi durumu da acınacaqlı olaraq qalmaqdadır. İrəvan hətta Rusiyanın forpostu olsa da belə, bütün sahələrdə uçurumun dərin qatına yuvarlanmaqda davam edir. Bir sözlə, işğalçı ölkə ağır durumdadır. Belə vəziyyət qarabağ münaqişəsinin həllinə nə vəd edir?
Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Ermənistanın işğal etdiyi torpaqlarda posta çıxarmağa əsgər tapa bilməməsi bu qaniçən orduda artıq döyüşməyə qadir insanların olmamasının göstəricisidir: “Erməni işğalçı ordusunda xaosun hökm sürməsi, onların posta qoymağa əsgər belə tapa bilməmələri düşmənin ziyanına, Azərbaycanın isə xeyrinə işləyən bir amildir. Ermənistan ordusunda baş alıb gedən özbaşınalıq hallarını sübut etməyə də ehtiyac yoxdur. 
Ermənilər bildiyiniz kimi, saxtakarlıq sahəsində ustadırlar. Ermənistanın müvafiq rəsmi qurumları il ərzində Ermənistandan qaçıb gedənlərin siyahısını hazırlayıb. Belə götürəndə son 20-25 il ərzində miqrasiya nəticəsində Ermənistanı çoxsaylı insanlar tərk edib. İndi Ermənistanda əhalinin sayı 1,5 milyona belə çatmır.  Ermənistan rəsmiləri isə yalandan bu rəqəmi şişirdərək 3 milyon insanın olduğunu bildirirlər. Əslində isə bu rəqəm siyahıda olan saxtakarlıqla bağlıdır. Çoxsaylı insan qaçıb oradan getsə də, bu gün də işğalçı ölkənin siyahısında adları qalmaqdadır. Xüsusən də hərbi çağırış yaşına çatan gənclər çağırışı gözləmədən  müxtəlif yollarla Ermənistanı tərk edir. Onlar isə ölümdən, müharibədən qaçır. Xeyli sayda insan da iqtisadi çətinliklərdən baş götürüb gedir. Belə olan halda Ermənistan ordusunda xidmət etməyə adam da belə tapılmır. Ona görədir ki, qadın cinsindən olanlara da hərbi çağırış şamil edildi. 
Bütün hallarda getdikcə daha çox erməni fikirləşir ki, niyə gedib Ermənistana aid olmayan ərazilərdə xidmət edib, həlak olmalıdır. Belə olan təqdirdə də Ermənistan ordusunda say azlığı məsələsi özünü kəskin surətdə göstərməyə başlayıb. Həmçinin Ermənistan ordusunda kriminogen durum da gərgindir. Burada baş verən cinayətkarlıq halları da ölüm-itimə və əhalinin əksər hissəsinin ordudan yayınmasına  səbəb olur. Çünki Ermənistan normal dövlət deyil. 
Normal olmayan dövlətin də təbii ki, anormal ordusu olacaq. Belədə, erməni gəncləri ölür, ya şikəst olur, ya da başlarını götürüb Ermənistandan qaçırlar. Belə vəziyyət isə təbii ki, Azərbaycanın xeyrinədir. 
Bu hal Ermənistan cəmiyyətini ciddi təşvişə salan bir amildir. Proses gələcəkdə özünü daha qabarıq şəkildə göstərəcək. Ermənistanın hazırda hakimiyyətdə olan cinayətkar rəhbərliyi 50 yaşdan yuxarı insanları da səngərlərə cəlb edib. Bunun özü də postlarda qoymağa çağırış yaşında olan ermənilərin sayının çatmaması ilə bağlıdır. Ermənistan adlanan quruma həmişə Serj Sarkisyan kimi cənayətkarlar rəhbərlik etməyəcək. Yəqin ki, erməni xalqı prosesdən nəticə çıxarıb haçansa gələcəkdə özlərinə normal bir rəhbər seçərək, cinayətkar klandan yaxalarını qurtaracaq. Onda da ağıllı şəkildə fikirləşməyə başlayacaqlar. Artıq bu prosesin cücərtiləri də görünür. Son illər erməni siyasətçiləri, politoloq və ekspertləri dilə gələrək açıq şəkildə bəyan edirlər ki, zaman Ermənistanın ziyanına işləyir. Onlar bu fonda bildirirlər ki, mövcud rejim Ermənistanı fəlakətə sürükləyir. Belə olsa, ermənilərsiz Ermənistan qalacaq. Erməni dövlətinin taleyi sual altında qalacaq. Artıq həm Ermənistanda, həm də xaricdə yaşayan çoxsaylı ermənilər bunu dilə gətirərək deyir. Bu isə o deməkdir ki, onlar mövcud vəziyyətin Ermənistanı məhvə apardığını dərk edirlər. 
Fikrimcə, dərk etmək sonda onları düzgün yola gətirib çıxaracaq. Düzgün yol isə İrəvandakı cinayətkar klandan canlarını qurtarmaq, onları qovub ölkədən çıxarmaq, qonşularla, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan keçir. Normal münasibətlər isə ermənilərin işğalçılıq siyasətindən əl çəkəcəyi, işğalçı qoşunların Azərbaycan torpağından çıxacağı  təqdirdə qurulacaq. Bundan sonra Azərbaycan başqa qonşuları ilə normal şəraitdə yaşadığı kimi, ermənilərə münasibətdə də normal bir vəziyyət yarana bilər”.

Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz