Əlaqə Arxiv
news Image
2017.09.19
09:15
| A A A
Azərbaycana qarşı kampaniyalar iflasa uğrayır
Elşən Manafov: “Müəyyən dairələrin Azərbaycan iqtidarının siyasətini ləkələməsinin heç bir nəticə vermədiyi göz qabağındadır” Azər Həsrət : “Əsası olmayan kampaniyaları heç vaxt fayda verməyib və bundan sonra da fayda verməyəcək”

“Bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır”. Bunu Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışından iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşündə deyib: "Biz 25 ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Bunların da məqsədi aydındır: Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycanın potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu bizi heç vaxt yolumuzdan döndərə bilməz. Biz haqq yolundayıq".

Siyasilərin sözlərinə görə, Prezident bu sözlərlə müyyən  dairələrə əbəs fəaliyyətləri ilə bağlı bir daha mesaj göndərmiş oldu. Çünki reallıq Azərbaycanın həmin diarələrə qalib gəldiyini göstərir.  Bu günə qədər heç bir qarayaxma kampaniyası öz nəticəsini verməyib.  Politoloq Elşən Manafovun sözlərinə görə, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması və xüsusən Azərbaycan tərəfini qaneedəcək şərtlərin olması onu göstərir ki, istər transmilli şirkətlər, istərsə də, transmilli şirkətlərin vergi ödəyiciləri olan məlum dövlətlər Azərbaycana, onun iqtidarına etibarlı əməkdaş kimi baxırlar: “Onlar Azərbaycan hakimiyyətinə ölkədə sabitliyi təmin etmək, ictimai asayişi qorumaq və qoyulmuş investisiyaların təhlükəsizliyini təminedəcək iqtidar kimi yanaşırlar. Bu cür müqavilələrin uzadılması bir daha göstərir ki, antiazərbaycan qüvvələrin məlum kəmərlərlə bağlı mənfi proqnozları müəyyən maraqlara söykənib. Məlum geosiyasi, iqtisadi reallıqları özündə ehtiva etməyib. 
İkincisi, müqavilələrin uzadılması Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın xarici şirkətlərlə, dövlətlərlə iqtisadi münasibətləri dərinləşdikcə, dövlətin beynəlxalq nüfuzu artacaq. Bu da regional təhlükəsizlik məsələsində Azərbaycanın rolunun artması deməkdir. Bu fakt göstərir ki, indiyə qədər antiazərbaycan qüvvələri Azərbaycan iqtidarının fəaliyyətinə kölgə salmaq səyləri heç bir nəticə verməyib. Azərbaycanda hüquqi dövlət qurculuğu davam edir. Azərbaycanda idarəçiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xalq tərəfindən rəğbətlə qarşılanır. Güman ki, bu siyasət Azərbaycanın milli təhlükəsizlik maraqlarına kökləndiyindən uzunmüddətli və perpsektivdə Azərbaycana geosiyasi dividendlər gətirəcək siyasət olacaq. Bu baxımdan müəyyən dairələrin Azərbaycan iqtidarının siyasətini  ləkələməsinin heç bir nəticə vermədiyi göz qabağındadır”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirdi ki, cənab Prezidentin bu məsələni vurğulaması təsadüfi deyil: “Son günlərdə də həmin qüvvələrin boş dayanmadığını müşahidə edirik. Azərbaycana qarşı heç bir əsası olmayan hücumlar təşkil olunur. Amma vəziyyət göstərir ki, bu hücumların qarşısında duruş gətirə bilirik. Çünki Azərbaycanda hakimiyyətlə cəmiyyət arasında uçurum yoxdur. Ona görə də həmin qüvvələrin hücumları bir nəticə vermir. Cənab Prezidentin bunu təkrarən deməklə, həmin qüvvələrə mesaj göndərir ki, enerjilərini boş yerə xərcləməsinlər. Əsası olmayan kampaniyaları heç vaxt fayda verməyib və bundan sonra da fayda verməyəcək.
Bundan başqa, əvvəlki illərdə həmin qüvvələr daxildə hansısa formada dəstək tapa bilirdilər. Amma xalqla hakimiyyət arasında münasibətlərin daha da yaxşılaşması ona gətirıb çıxarıb ki, artıq həmin dekstruktiv qüvvələr daxildə özlərinə dəstək tapa bilmirlər. Ona görə də daha çox beynəlxalq medianın imkanlarından, beynəlxalq təşkilatların tribunalarından istifadə etməyə üstünlük verirlər. Ancaq bunun da faydası yoxdur. Çünki bu gün Azərbaycan da həmin tribunalardan çıxış imkanlarına malikdir. Yəni, bu gün bizə qarşı hücum etmək istəyənlər əslində, tərkisilah olunublar. Sadəcə, könül bulandırmaqla məşğuldurlar. Əgər həmin qüvvələrin konkret təklifləri varsa, dinləməyə hazırıq. Xalqın mənafeyinə zidd təkliflər irəli sürülürsə, ona qarşı olacağıq. Yəni, o qüvvələrin istənilən cəhdlərinin qarşısı alınıb”.

Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz