Əlaqə Arxiv
news Image
2017.09.20
09:45
| A A A
Qarabağ həqiqətləri okeanın o tayında xüsusi diqqət mərkəzindədir
Arzu Nağıyev: “Azərbaycan olaraq ərazi bütövlüyümüz çərçivəsində münaqişənin həlli istiqamətində atılan hər bir addımı alqışlayırıq” Qabil Hüseynli: “Azərbaycan Prezidentinin səfəri böyük əhəmiyyətə malikdir”

Məlumdur ki, Prezident İlham Əliyev BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarında səfərdədir. Səfər çərçivəsində artıq çoxsaylı görüşlər keçrilib. Bu görüşlərdə diqqət mərkəzinə gətrilən baqlıca məsələlərdən biri isə Dağlıq Qarabağ problemidir. 

Siyasilərin fikrincə, bu fonda ABŞ-a səfərin böyük əhəmiyyəti olacaq. Belə ki, ABŞ son zamanlar Dağlıq Qarabağ məsələsində aktivləşdiyi görünür. Siyasi şərhçi Arzu Nağıyev bildirdi ki, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində sentyabrın 19-dan 21-dək dövlət başçılarının çıxışları da gözlənilir: “Prezident İlham Əliyev hər zaman yüksək kürsülərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışlar edir və münaqişənin həlli yollarını, Ermənistanın buna necə maneələr törətməsini, status-kvonun saxlanması cəhdini bəyan edir. Düşünürəm ki, indi də belə olacaq 
Bundan başqa, Azərbaycan Prezidentinin supergüclərin liderləri ilə görüşü keçirilə bilər. Əsas məqamlardan biri də odur ki, məhz ABŞ  BMT-nin özündə reformaların keçirilməsinə ehtiyac duyulduğunu bildirib. Bu, alqışlanmalı məsələdir. Çünki, 1993-cü ildən  başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin heç biri öz tətbiqini tapmır. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın işğal altında olan torpaqların azad ediləcəyi ilə bağlı verdiyi bəyanat da bununla bağlıdır. Məhz BMT bir qurum kimi qarşısına qoyduğu məsələləri həll etsə, ATƏT-n Minsk qrupu da bu istiqamətdə müvafiq addımlar ata bilər. Təbii ki, ABŞ bunun marağındadır. Çünki bununla həm Rusiyanın nüfuzunu azaltmağa çalışır, həm də Donald Trampın seçkiöncəsi terrorla mübarizə proqramının fəaliyyətini göstərmək istəyir. Azərbaycan olaraq ərazi bütövlüyümüz çərçivəsində münaqişənin həlli istiqamətində atılan hər bir addımı alqışlayırıq”.
Politoloq Qabil Hüseynli bildirdi ki, ABŞ son dövrlər mövqeyini xeyli dərəcədə dəyişib: “Beynəlxalq hüquq normalarına yaxın olan mövqe sərgiləyir. Bu da Rusiyanı narahat edib. Rusiya ona görə də müxtəlif şəxslərin dili ilə “5 rayon” ideyasını ortaya atıb. Amma burada konkretlk yoxdur. ABŞ isə 7 rayonun boşadılması və dərhal qoşunların çıxmasını tələb edir. Rusiyanın planında isə  Kəlbəçər və Laşın rayonlarının taleyi şübhə altında qalır.  ABŞ-ın mövqeyində pozitiv irəliləyişlər davam edəcək. 
Ölkə rəhbərinin ABŞ-a səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər buna müsbət təsir edəcək. Bundan başqa Prezident İlham Əliyevin bir sıra dövlət rəhbərləri ilə görüşü nəzərdə tutulur. Hansı ki, onların hamısı Dağlıq Qarabağ probleminin həllində Azərbaycana ciddi dəstək verirlər. 
BMT Baş Məclisi Qarabağ həqiqətlərini tanıtmaq üçün yaxşı meydandır. Azərbaycan Prezidentinin səfəri böyük əhəmiyyətə malikdir. Çünki bu səfərdə bir çox ölkələrin prezidentləri və baş nazirləri iştirak edəcək. O baxımdan İlham Əliyevin səfəri xeyli məhsuldar olacaq. Həm Qarabağ, həm də enerji layihələri baxımından səmərəli olacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz