Əlaqə Arxiv
news Image
2012.04.26
11:46
| A A A
Daxili işlər naziri həbs olundu

Türkiyənin sabiq daxili işlər naziri, bir müddət polis rəisi vəzifəsində çalışmış Məhməd Ağar "Susurluq hadisəsi" çərçivəsində həbs olundu. Daha əvvəl barəsində verilən həbs qərarının Ali məhkəmə tərəfindən təsdiqlənməsindən sonra Ağar özü polisə gedərək təslim olub. Məhkəmə Ağara 2 il həbs cəzası verib. Qeyd edək ki, o, polis rəisi vəzifəsində çalışdığı zaman mafiya ilə əməkdaşlıq etməkdə ittiham edilir. Həbs edilməzdən əvvəl jurnalistlərə müsahibə verən Ağar qeyd edib ki, məhkəmənin qərarına görə narahat olmur.

"Əgər belə bir ittiham ortaya atılıbsa, bu, hər şeydən əvvəl, Allahın iradəsi, daha sonra isə xalqının məsləhəti ilə baş verib. Bizim problemimiz Türkiyənin prolemidir. Türkiyənin sülh içində yaşamasını təmin etməkdən başqa heç bir qayəmiz olmayıb. Mənim həbsim terrorla mübarizədə dövlətə yardımcı olacaqsa, bunu özümə vəzifə borcu hesab edərəm. Millətimin və məni sevənlərin üzünü qara edəcək heç bir davranışım olmayıb".

Xatırladaq ki, "Susurluq hadisəsi" Balıkesir vilayəti Susurluq rayonu yaxınlığında 3 noyabr 1996-cı ildə meydana gələn və dövlət-siyasət-mafiya münasibətlərinin meydana çıxdığı avtomobil qəzasıdır. Qeyd edək ki, "Susurluq hadisəsi" Türkiyə Cumhuriyyəti tarixinin ən böyük qalmaqallarından biri hesab olunur. 

Sizin Reklam Yeriniz