Əlaqə Arxiv
news Image
2017.09.21
09:00
| A A A
BMT tribunasında Ermənistana vurulan böyük zərbə
Dünya bir daha Dağlıq Qarabağla bağlı həqiqətləri ali tribunadan dinlədi

BMT Baş Assambleyasının 72-ci sessiyası və burada edilən çıxışlar Ermənistan üçün növbəti ciddi diplomatik zərbə oldu. Xüsusən də Dağlıq Qarabağla bağlı məsələ və bu xüsusda qeyd edilənlər Ermənistanın işğalçı siyasətinin mahiyyətinin ifşa olunması baxımından sessiya böyük əhəmiyyət kəsb etdi. Burada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev kokner fakt və sübutlarla Ermənistanın təcavüzkar siyasəçtinin mahiyətini bir daha benyəlxlaq ictimaiyyətin diqqət mərkəziən çatdırdı.  Ermənistan dövlət başçısı Serj Sarkisyanın Azərbaycan, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri arqumentlərlə alt-üst etdi. 

Qeyd edəkki, Sarkisyan BMT Baş Assambleyasının 72-ci sessiyasında Ermənistanın deyil, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbər”i kimi çıxış etdi. Buraad yenə erməni xislətinə uyğun olaraq münaqişənin mahiyytəini təhrif etməyə çalışdı. Əslində Sarkisyan nüfuzlu təşkilatda, dünya ölkələrinin liderləri qarşısında belə çıxışı ilə özünü gülünc vəziyyətə saldı. Hazırda dünyada gedən mürəkkəb proseslərin, qarşıdurmaların müzakirə edildiyi, həll yollarının axtarıldığı beynəlxalq tədbirdə daha sanballı çıxış etmək əvəzinə, Serj ənənəvi olaraq tarixi faktları təhrif edir, ucuz, böhtan, şər xarakterli, ənənəvi erməni üslubunda bəyanatlar səsləndirir. Halbuki dünya ictimaiyyəti, elə BMT sessiyasına qatılan dövlət və hökumət başçıları Sarksiyanın yalan danışdığını yaxşı bili rvə çoxları da onun çıxışına rişxənd edirdilər. Milli Məclisin deputatı Bəxtiyar Əliyev də bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Azərbaycanla bağlı səsləndirdiyi sərsəm fikirlər erməni həyasızlığının növbəti nümunəsidir. O  bildirib ki, ümumiyyətlə, Xocalı soyqırımını təşkil edən və həyata keçirənlərdən biri olan cinayətkar Serj Sarkisyanın BMT-nin tribunasından çıxış etməsinə şərait yaratmaq ikili standartın ən bariz nümunəsidir: "Digər tərəfdən, Serj Sarkisyanın o tribunaya buraxılması müəyyən dairələrin Azərbaycana qarşı bu cinayətkarlardan bir vasitə kimi istifadə etməsinin təzahürüdür. Ona görə hesab edirəm ki, BMT-nin yenidən formalaşdırılması barədə səsləndirilən fikirlərin həyata keçirilməsi və Serj Sarkisyan kimi cinayətkarlara qarşı sanksiyaların tətbiq edilməsi vacibdir. Serj Sarkisyan Xocalı soyqırımını törətdiyinə görə, Azərbaycan ərazilərini işğal etdiyinə və 100 minlərlə insanı öz doğma yurdundan didərgin saldığına görə beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir".
Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında Qarabağ həqiqətlərini yenidən dünyanın diqqət mərkəzinə çatdırdı, Ermənistanın işğal siyasətini davam etdirməsini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qomadığını, mülki əhalini belə atəşə  məruz qoyuduğunu bildirdi. Elə təkcə 2016-cı ilin aprelində ermənilərin Azərbaycanın 32 yaşayış məntəqəsini bombalaması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Hücumlar nəticəsində çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla, sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu. Bir müddət əvvəl 2 aşlı körpə erməni vəhşiylinin qurbanı oldu. Bütün bunlar bir daha BMT tribunasından dünyanın diqqət mərkəziən çatdırldı. 
Mili Məclisin deputatı Fəzail İbrahimli bu xüsusda bildirir: “Artıq dünya ictimaiyyəti, BMT rəhbərliyi də çox yaxşı bilir ki, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT-nin icra olunmamış dörd qətnaməsi var.  BMT-nin özü Azərbaycanın yanında üzü qara bir təşkilatdır. Öz qərarlarına özü hörmət etmir. 
BMT-nin dörd mühüm qərarının 20 ildən artıqdır ki, yerinə yetirilməməsi Azəbaycan tərəfinin haqq tərəfi olduğunu ifadə edir. Dövlət başçımız, cənab  Prezident də bu həqiqətləri dünyaya çatdırır. Prezidentimizin çıxışları siyasi məqsəd güdən çıxışlar deyil. Azərbaycan tərəfinin haqq-ədalət tələb etdiyini, işğala məruz qaldığımızı, Ermənistanın işğalçı dövlət olduğunu dünyaya çatdırır. Ermənistan prezidenti bəs nə deyə bilər? Əlbəttə ki, ancaq yalan danışır. O, yalan danışdıqca hətta onun ölkəsindən olan  BMT-dəki nümayəndələr, onunla gedənlər, BMT-də olan onun həmfikirləri, eləcə də onu maliyyələşdirən erməni lobbiləri də bunu başa düşür. Onlar çox yaxşı bilirlər ki, Sarkisyan yalan danışmaqla dünya ictimaiyyətini çaşdırmağa çalışır. Amma Ermənistan prezidentindən fərqli olaraq Azərbaycanın dövlət başçısı həqiqətləri söyləyir. 
O möhtərəm tribunadan Azərbayacan həqiqətlərini dünyaya car çəkir. Düzdür, BMT artıq o nüfuzunu itirmiş təşkilatdır. Azərbaycanla bağlı bu təşkilat kifayət qədər utancaq duruma düşən bir qurumdur. Bununla belə ölkə başçısı cənab İlham Əliyevin beynəlxalq tribunadan Azərbaycan, Qarabağ həqiqətlərini söyləməsi çox vacibdir. Çünki, prezidentimiz həqiqətləri söyləməklə işğalçı dövlətin başçısının yalanlarını ifşa etmiş olur. Buradan bütün dünyaya Qarabağ həqiqətlərini car çəkir. Prezidentimizin beynəlxalq tribunadan Sarkisyanın yalanlarını ifşa edən çıxışı çox lazımlı çıxışdır. Prezident bu çıxışı ilə Qarabağ problemini ortaya qoymaqla Azərbaycanı bu işğalla razılaşmağa öyrətmək istəyənlərə meydan oxuyaraq onların gözünün içinə dik baxır”. 
Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, cənab Prezidentin ABŞ-a səfəri Azərbaycanın beynəlxalq birlikdə qazandığı nüfuzun və eyni zamanda proseslərinin həllində iştirakının göstəricisidir: “Ölkə rəhbərinin BMT-nin sammitində iştirakı Azərbaycanla bağlı məsələlərin gündəmə gəldiyini göstərir. Digər tərəfdən, cənab Prezidentin səfər çərçivəsində ABŞ-ın nüfuzlu şəxsləri və digər ölkələrin rəsmiləri ilə görüşü Azərbaycana münasibətdə bu dairələrin nə qədər yüksək qiymət verdiyini göstərir. 
Sözsüz ki, dövlət başçısı çıxışında taleyüklü məsələlər, o cümlədən Dağlıq Qarabağ probleminin həllinin vacibliyi qaldırdı. Dağlıq Qarabağ məsələsinin bu yüksək tribunadan səslənməsi problemin həllinə verilən töhfə hesab edilə bilər. Problemi Azərbaycanın özü həll edəcək, bunun üçün kifayət qədər resursları var və müafiq addımlar atılır. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, həmçinin ötən ilin aprel hadisələri Azərbaycanın heç bir zaman ərazi bütövlüyünün pozulmasına razı olmayacağın göstərir”. 

«Mövqe»

Sizin Reklam Yeriniz