Əlaqə Arxiv
news Image
2017.09.20
17:34
| A A A
XİN: ABŞ konqresmenlərinin işğal olunmuş ərazilərə qanunsuz səfəri araşdırılır

ABŞ Konqresinin nümayəndələr palatasının üzvləri Frənk Pallone və Tulsi Qebrdin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.

Movqe.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O, qeyd edib ki, araşdırma yekunlaşdıqdan sonra onlara münasibətdə müvafiq zəruri addımlar atılacaq: "Özünü ABŞ konqresinin üzvü kimi təqdim edən bu şəxslər artıq uzun illərdir ABŞ erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə ABŞ erməni lobbisindən asılı vəziyyətdədirlər".

Sizin Reklam Yeriniz