Əlaqə Arxiv
news Image
2017.09.20
18:02
| A A A
İlham Əliyev BMT-də Zəhranın qətlindən danışdı - Yenilənib

Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyası çərçivəsində çıxış edib.

Movqe.az xəbər verir ki, Prezident bildirib ki, 25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20%-ni Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonu işğal edib: “Dağlıq Qarabağ Azərbaycanın tarixi və qədim torpağıdır. Ermənistanın təcavüzü nəticəsində beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır. 

Bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkündür. Ermənistan bu ölkədə, həmçinin Dağlıq Qarabağ və onun ətrafında olan yeddi rayonda azərbaycanlılara qarşı etnik təmizlimə siyasəti yerinə yetirir. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib. Xocalı soyqırımı artıq 10-dan çox ölkədə soyqırım kimi tanınır.

İnsanlığa qarşı törədilən bu müharibə kriminallarından biri də hazırda Ermənistan prezidentidir. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan qoşunlarının işğal olunan torpaqlarından çıxarılmasını nəzərdə tutan qətnamələr qəbul ediblər. 1993-cü ildə qəbul edilən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir”.

Prezident İlham Əliyev Füzuli rayonunun Alıxanlı kəndində törədilən təxribatın qurbanı olan balaca Zəhranın və onun nənəsinin qətlə yetirilməsini hərbi cinayət kimi qiymətləndirib.

Yenilənir...

Sizin Reklam Yeriniz