Əlaqə Arxiv
news Image
2017.09.21
10:35
| A A A
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü gələn ay Tehranda keçiriləcək

Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü oktyabrda Tehranda keçiriləcək.

 
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, görüşün dəqiq tarixi dəqiqləşdirmə mərhələsindədir: "Ola bilsin ki, ilin sonuna kimi nazirlərin görüşü məsələsi gündəmə gəldi. Lakin bu məsələlər hələlik müzakirə olunur. Sammitin keçirilməsi isə prosesin gedişatından asılıdır. İşçi qrupunun iclası, sonra da nazirlərin konfransı baş tutsa və biz görsək ki, kardinal dəyişikliklər, açıq qalan məsələlər üzrə yaxınlaşma var, dövlət başçıları sammit keçirilməsinə qərar verə bilərlər".

Sizin Reklam Yeriniz