Əlaqə Arxiv
news Image
2017.09.21
15:45
| A A A
"Ermənistanın cinayətkar rejimi BMT TŞ-nın qərarlarından tam imtina edib"

Təəssüf ki, beynəlxalq ictimaiyyət və BMT kimi nüfuzlu təşkilat öz verdiyi qətnamələrinin icrası ilə bağlı zəruri işləri görmür.

Movqe.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan Prezidenti İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinə məhəl qoymayan Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq edilməməsi, beynəlxalq birliyin Ermənistan rejiminin terror siyasətinə son qoymalı olması barədə BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev imkandan istifadə edərək yüksək kürsüdən beynəlxalq ictimaiyyətə bir daha Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər, Azərbaycanın strategiyası ilə bağlı məlumat verdi:

"Dövlət başçısının çıxışındakı fikirlər beynəlxalq ictimaiyyət üçün böyük önəm daşıyır. Azərbaycanın həyata keçirdiyi strategiyanın qarşısını almaq üçün Ermənistan və cinayətkar rejim bütün beynəlxalq hüquq normalarını pozur. Bu rejim BMT-nin Təhlükəsizlik Şurasının qərarlarından demək olar ki, tam imtina edib. Son illər BMT-nin fəaliyyəti ilə bağlı bir çox tənqidlər var. Təşkilat qarşısında duran və vəzifəsi olan məsələlərlə bağlı addımlar atmır. Azərbaycan Prezidentinin çıxışı real vəziyyəti çox gözəl izah etdi".

Sizin Reklam Yeriniz