Əlaqə Arxiv
news Image
2017.09.22
14:10
| A A A
Erməni deputat Bakıya necə gəlmələrindən DANIŞDI

“Bizim bura gəlməyimizlə bağlı müəyyən mələlər var idi. Avronest-in katibliyi və Azərbaycanın Avronest-dəki katibliyi tərəfindən təşkilati məsələlərdə hansısa maneələr olurdusa onlar dərhal həll olurdu.
 
Qalacağımız mehmanxananın administratoruna izah etmək çətindir ki, ermənistanlı parlamentarilər forumda çıxış edəcək. Bunlar həll olundu. Aviaşirkətlə bağlı, Gürcüstan-Azərbaycan sərhədində texniki problemlər oldu. İnanmırdılar ki biz Bakıya gedirik. Amma hamısı həll olundu. Mən əminəm ki bunlar daha çox siyasi motivli deyildi. Daha çox onunla bağlı idi ki, bu Ermənistan nümayəndə heyətinin periodik səfəri olmur”.
 
Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.
 
Erməni deputat bildirib ki, münaqişə nəticəsində ölkələrimiz arasında ünsiyyət intensivliyi hələlik yox dərəcəsindədir.
 
“Təhlükəsizlik məsələləri məni narahat etmirdi. Biz ona görə gəldik ki, Avronest bizim üçün vacib platformadır. Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşır. Biz gəldik ki gender bərəbərliyi məsələsi bizim üçün vacibdir. Biz həm də ona görə gəldik ki, bir tədbir təbliğat və anti-Ermənistan ritorikası üçün istifadə oluna bilərdi.
 
Avropalı parlamentarilərin burda olmasından istifadə edərək Azərbaycanda müəyyən rəsmi şəxslər buradan əlavə şans kimi istifadə edə bilərdilər.  Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  qərəzli fikirlər təqdim edə bilərdilər. Təəssüf ki, bəzi çıxışlarda belə ritoriklar olurdu. Bunların heç mövzuya aiddiyyatı yoxdur”.
Deputat qeyd edib ki, onlar Bakıya Dağlıq Qarabağ məsələsini müzakirə etməyə gəlməyiblər.
 
“Bakı çoxmillətli şəhər olub. Bakı həmçinin böyük erməni icmasının şəhəri olub. Burada erməni icması mədəniyyət, elm, iqtisadiyyat, təhsildə izini qoyub.
 
Bakı şəhərinin tarixinə baxsanız görərsiniz ki, ermənilər bu şəhərin ayrılmaz hissəsi olub. Mən Bakını bu günə kimi erməni mədəni, elmi, iqtisadi, irsinin olduğu şəhər hesab edirəm.
 
Baxmayaraq ki təəssüf ki, erməni kilsəsi fəaliyyət göstərmir. Mən burada özümü zaman maşınında hiss edirəm. Biz öz məsələlərimizi müasir insanlar kimi həll etməliyik. Siyasətdən çıxsaq və ailə cəmiyyət səviyyəsində düşünsək düşünmürəm ki, bu ölkələrdə elə bir insan olsun ki, müharibədən qorxmasın və itirməli heç nəyi olmasın”.

 

 

Sizin Reklam Yeriniz