Əlaqə Arxiv
news Image
2017.09.24
13:26
| A A A
Lütfi Zadənin nəşi gələn həftə Bakıya yola salınacaq

Xəbər verildiyi kimi, dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabr ayının 6-da dünyasını dəyişib.

Alimin arzuna müvafiq olaraq, onun nəşi dəfn edilmək üçün Azərbaycana gətiriləcək.

Movqe.az-ın məlumatına görə, AzərTAc-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulluğu bu işlə məşğul olan şirkətə istinadən bildirib ki, görkəmli alimin nəşinin Azərbaycana yola salınması gələn həftənin əvvəlində baş tutacaq. 

Bildirilib ki, Lütfi Zadənin nəşi sentyabr ayının 26-da San Fransiskodan yola salınacaq və onun ayın 29-da Bakıya çatması gözlənilir.

Sizin Reklam Yeriniz