Əlaqə Arxiv
news Image
2017.09.25
10:45
| A A A
Azərbaycanın İraqdakı nümayəndəsi İŞİD-dən xilas edilən uşağa baş çəkib

Azərbaycanın İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib və onunla söhbət etməyə çalışıb.
 
XİN-dən Movqe.az-a verilən məlumata görə, həmin azyaşlının Azərbaycanda babası və digər qohumları müəyyənləşib.
 
Azyaşlının valideynlərinin kimliyinin və Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə onun Azərbaycana gətirilməsi və qohumlarına təhvil verilməsi üçün İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirir.
 
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının İraqdakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər soydaşlarımızın da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir və bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir. 
 

Sizin Reklam Yeriniz