Əlaqə Arxiv
news Image
2017.09.26
09:00
| A A A
Ermənistana qarşı BMT sanksiyaları
Tofiq Abbasov: “Prezident İlham Əliyev öz çıxışında Ermənistanın sankisyalara layiq olduğunu bəyan etdi” Natiq Miri: “Bütün dünyaya xatırladıldı ki, Ermənistan bu cür siyasət yürütməyə davam edərsə, növbəti “apel savaşları” qapıdadr”

BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında etdiyi çıxışla və burada səsləndirdiyi fikirlərlə Prezident İlham Əliyev Ermənistanın işğalçı siyasətinin mahiyyətini, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini bilərkədən uzatdığını bütün dünyanın diqqət mərkəzinə gətirdi. Belə bir şəraitdə Qarabağ məsələsinə görə elə BMT miqyasında Ermənistana qarşı sanksiyaların tətbiqi gündəmə gəlir. 

Politoloq Tofiq Abbasov bu xüsusda bildirir: “Bu gün ABŞ-ın siyasi elitası erməni məsələsində çox həssasdır. Çünki ABŞ daxilində erməni icmasının təsiri  böyükdür. Yəhudi icmasından sonra gəlir. Təəsüflə qeyd etmək lazımdır ki, erməni faktoru həmsədrlərin hər üçü üçün də mühüm yer tutan məsələdir. Bu baxımdan ABŞ-ın mövqelərini nəzərə alsaq, BMT səviyyəsində Ermənistana qarşı sanksiyalar real görünmür. 
Düzdür, cənab Prezident İlham Əliyev öz çıxışında Ermənistanın sankisyalara layiq olduğunu bəyan etdi. Amma bunu gərək, ABŞ və digər dövlətlər də istəsin. İndiki məqamda isə ABŞ siyasi elitası belə bir məsələni nəzərdə keçirmir. Çünki Yaxın Şərqdə, Cənubi Qafqazda Qərb koalisiyasının, ABŞ-ın ermənilərlə bağlı böyük planları var. İraq Kürdüstanında keçirilən referenduma qarşı bütün müsəlman dövlətləri vahid mövqedən çıxış etdilər. Amma ermənilər referendumu dəstəklədi. ABŞ və Avropa da gizlin şəkildə Kürdüstanın müstəqil dövlət olmasının tərəfdarıdırlar. Yəni, ABŞ-ın ermənilərlə bağlı gələcəkdə böyük planları var. Hələ onlar açıqlanmır. 
Ermənistan Rusiyanın strateji tərəfdaşı olsa da, daxildə qərbyönümlü qüvvələr çoxdur. Ona görə də hazırkı vəziyyətdə BMT səviyyəsində Ermənistana qarşı sanksiyaların tətbiqi çətin görünür”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri  Natiq Miri bildirdi ki, problem BMT və ya onun çoxsaylı üzvlərində deyil: “BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var. Məhz bu hegemon dövlətlər bir çox qətnamələrin icrasına, sanksiyalara icazə vermir. 
Təəssüf ki, orada yer alan ölkələr Dağlıq Qarabağ problemində Ermənistanın mövqeyinə yaxın mövqe sərgiləyirlər. O baxımdan da nə qətnamələr icra edilir, nə də sanksiyalar real görünür. Odur ki, BMT-də fundamental islahtlar aparılmalıdır. 
Bundan başqa TŞ-də daimi üzvlərin sayı 20-ə qaldırılmalıdır. Artıq illərdir ki, İsrail Fələstinin torpaqlarını işğal edib. Bu istiqamətdə dəfələrlə BMT-də qətnamələr qəbul olunub. BMT özünün qəbul etdiyi qətnamələri icra etmədiyi üçün təşkilatın nüfuzu ayaq altındadır. Odur ki, Prezident İlham Əliyevin BMT-də çıxışı bundan tamamilə fərqli istiqamətdə əhəmiyyətli oldu. Söhbət ondan gedir ki, Azərbaycana işğal olunmuş torpaqlarını bu vəziyyətdə qoymayacağını bütün dünyaya açıq şəkildə bəyan etməsi lazım idi. Bu fonda ötən ilin “aprel dərsləri”nin xatırladılması mühüm məqamdır. 
Dolayısı ilə bütün dünyaya xatırladıldı ki, Ermənistan bu cür siyasət yürütməyə davam edərsə, növbəti “apel savaşları” qapıdadr. Bu xəbərdarlıq çox önəmlidir. Çünki Azərbaycan hərbi əməliyyatlara başladığı təqdirdə, bu xəbərdarlıq əlimizdə ciddi arqument olacaq. Ancaq buna rəğmən, heç bir güc Ermənistana təzyiq etmədi. Baxmayaraq ki, ortada beynəlxalq hüquq və Azərbaycanın işğal olunmuş torpaqları var. Ona görə də Prezidentin çıxışı daha çox bu baxımdan böyük əhəmiyyət daşıyır. Bu cür bəyantın verilməsi təsadüfi deyil. Azərbaycan Prezidentinin bu açıqlamasının arxasında dediyimiz məqamlar duracaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz