Əlaqə Arxiv
news Image
2017.09.25
14:24
| A A A
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni edəcəyik" - ATƏT PA

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfəri çərçivəsində Masazırda məcburi köçkünlərlə görüşüb.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, xüsusi nümayəndə məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub, onlarla söhbət aparıb.

Məcburi köçkünlər ATƏT PA rəsmisinə doğma torpaqlarının 25 ildən artıqdır erməni işğalı altında qalması ilə bağlı narazılıqlarını çatdırıblar.

K.Vigenin, öz növbəsində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının vacibliyini bildirib: "Münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik.

Qeyd edək ki, ATƏT PA-nın xüsusi nümayəndəsi sentyabrın 24-dən 30-a qədər Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq. K.Vigeninin Azərbaycanda Xarici İşlər Nazirliyində, Milli Məclisdə və digər qurumlarda görüşlər keçirəcəyi nəzərdə tutulur.

Səfər zamanı xüsusilə də uzun müddət davam edən münaqişələrin Cənubi Qafqaz regionunda yaşayan insanların həyatına təsiri məsələsi nəzərdən keçiriləcək.

Sizin Reklam Yeriniz