Əlaqə Arxiv
news Image
2017.09.26
14:15
| A A A
Rusiya Müdafiə Nazirliyinin idarə rəisinə qarşı cinayət işi açıldı

Rusiya Müdafiə Nazirliyinin Məhsul Texniki Təminat İdarəsinin rəisi Aleksandr Vakulinə qarşı cinayət işi açılıb.

Miovqe.az report-a istinadən xəbər verir ki, o, külli miqdarda vəsaitin mənimsənilməsi fırıldaqçılığında və rüşvət almaqda ittiham olunur.
46 yaşlı polkovnik 368 milyon rubl (təxminən 6,4 milyon dollar) məbləğində rüşvət qarşılığında Müdafiə Nazirliyinin mətbəx, çörəkbişirmə, sistern və digər xüsusi texnikalar almasına vasitəçi olub. Satınalma prosesləri zamanı külli miqdarda vəsait yeyilib. Bundan əlavə, A.Vakulin prosesdə iştirak edən ticarətçilərə himayədarlıq edəcəyinə dair söz verib.

Hərbi məhkəmə A.Vakulini oktyabrın 29-dək istintaq təcridxanasına yerləşdirib. 

Sizin Reklam Yeriniz