Əlaqə Arxiv
news Image
2013.03.04
13:23
| A A A
İngiltərədən Suriyalı müxaliflərə yardım

Guardian qəzetinin xarici  xəbərlər səhifəsində İngiltərənin Suriyalı müxaliflərə yardım edəcəyi barədə məlumat yer alır.


Xəbərdə xarici işlər naziri William Hague-in, Suriyada ölümlər artmağa və böhran dərinləşməyə davam etdiyi təqdirdə, İngiltərənin üsyançı qrupları silahlandırmağa başlaya biləcəyini söylədiyi haqda məlumat verilir.


Suriyaya göndəriləcək yardım məsələsində mövcud Avropa Birliyi qaydalarına uzadılmasının ardınca, xarici işlər naziri Hague, Parlamentdə bu həftə Suriyalı müxaliflərə göstəriləcək yardımın detallarını təqdim edəcək.


Məlumata görə, Hague yardımın silah və sursat xaricində öldürücü olmayan silahlardan ibarət olacağını, ancaq qarşıdurmanın davam etməsi durumunda dəyişə biləcəyini söylədi. 


Qəzet, Suriya Milli Koalisiyası nümayəndələrinin keçən cümə axşamı Romadakı toplantıda qarşıdan gələn aylarda Avropanın silah embarqosunun aradan qalxacağı məsələsində əmin göründüklərini bildirir.


Guardian, onu da yazır ki, koalisiya  nümayəndələrinin sözlərinə görə, son həftələrdə Türkiyə tanksavar füze kimi yüksək səviyyəli silahların keçirilməsinə icazə verib.

 




Sizin Reklam Yeriniz