Las-Veqasdakı qətliamı törədənin kimliyi açıqlandı
ABŞ polisi Las-Veqas şəhərində “Mandalay Bay” otelinin yaxınlığında keçirilən musiqi festivalının iştirakçılarına atəş açan şəxsin kimliyini müəyyənləşdirib.
Movqe.az azvison.az-a istinadla xəbər verir ki, Las-Veqas şəhərinin şerifi Cozef Lobmardo cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerli sakin olduğunu bildirib. Lobmardo onun Meri Lu Denli (Mary Lou Denley) adlı xanım olduğunu deyib:
“Şübhəli öldürülüb. Hazırda polis hadisə zamanı cinayətkarla birlikdə olan şəxsi axtarır”, - deyə şerif əlavə edib.
Qeyd edək ki, ABŞ-ın Las-Veqas şəhərində oktyabrın 1-dən 2-nə keçən gecə baş verən silahlı hücum nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.