news Image
2017.10.04
09:28
| A A A
Ermənistanda demoqrafik çöküş başlanıb
Məhəmməd Əsədullazadə: “Ermənistanın siyasi-hərbi rəhbərliyinin işğalçı və korrupsiyaya bulaşmış siyasəti ölkədə dərin demoqrafik və iqtisadi xaosu sürətləndirir” Tofiq Abbasov: “Ölkənin iqtisdi potensialı geriləyirsə, daxilində kriminal ünsürlər artır, cəmiyyət gərginliyə qapılır”

Ermənistanda miqarsiya templərinin yenidən artımı müşahidə olunur. Düşmən ölkədə 2017-ci ildə miqrasiya pik həddə çatıb. Təxmini rəqəmlərə görə, ümumilikdə 1991-ci ildən başlayaraq 1 milyon 250 min adam Ermənistanı tərk edib. 

Siyasilərin fikrincə, bunu şərtləndirən səbəb Ermənistandakı siyasi rejimin uğursuz fəaliyyətidir. Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanda getdikcə sosial-iqtisadi vəziyyətin pisləşməsi, işsizlik problemi bu ölkədə miqrasiyanı şərtləndirən əsas amillərdən biridir: “Ermənistanın siyasi-hərbi rəhbərliyinin işğalçı və korrupsiyaya bulaşmış siyasəti ölkədə dərin demoqrafik və iqtisadi xaosu sürətləndirir. Bu ölkənin Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində blokadada olan ölkə regional lahiyələrdən təcrid edilməklə, böyük investisiya və gəlirlərdən məhrum olub. 
Bundan əlavə, Azərbaycanla apardığı düşmənçilik siyasəti, cəbhə bölgəsində Azərbaycanın artan hərbi üstünlüyü erməni gənclərinin hərbidən yayınmaq üçün ölkəni tərk etməsidə aydın sezilir. Ermənistanın iqtisadi və enerji sahələri hazırda Rusiyanın inhisarındadır. Rəsmi İrəvanın müstəqil iqtisadi siyasətə malik olmaması, ölkə gəlirlərinin azalması onun  gələcəyinə ümidləri puç edir. Belə bir vəziyyətdə çıxış yolunu ermənilər öz ölkələrini tərk etməkdə görürlər. 
Erməni psixologiyasında “harda çörək var, ora vətəndi” yanaşması hakim fikirdir. Onlar üçün vətən anlayışı yalnız dolanışıqları normal olan yerlərdir. Hazırda işğal olunmuş ərazilərdə əsgər sayı çatışmır və maliyyə imkanları məhdud olduğu üçün muzdlu ordu saxlamağa da imkanları yetərli deyil.  Təbii ki, canlı qüvvə sarıdan kasad olan ölkənin hərbi əməliyyatlar fonunda daha  tez məğlub olması əsas şərtdir. Bunu ötən ilin aprel döyüşlərində də gördük. 
Ermənistanda demoqrafik vəziyyət getdikcə ciddi problemə çevrilir.  Bu, hərbi əməliyyatlar fonunda Ermənistanın məğlubiyyətə uğramasında mühüm rol oynayacaq”.
Digər politoloq Tofiq Abbasov bildirdi ki, bunun səbəbləri çoxdan məlumdur: “Əsas problem ondan ibarətdir ki, ölkədə anti-böhran proqramı hələ də üzə çıxmır və ölkə geriləməkdə davam edir. Bunun da səbəbi hakimiyyətin yararsız siyasət həyata keçirməyindədir.
 Ermənistan rəhbərliyi daim demokratik islahatların keçirilməsindən danışır. Buna sübut kimi guya konstitusion islahatların həyata keçirilməsini önə çıxarırlar. Guya onların parlament üsul idarəçiliyinə keçməsi ölkədə ciddi dəyişiklik yaradacaq. Ancaq əslində. bu belə deyil. Ölkənin iqtisdi potensialı geriləyirsə, daxilində kriminal ünsürlər artır, cəmiyyət gərginliyə qapılır. Bütün bunları erməni cəmiyyətinin reallığında görürük. Ona görə də Serj Sarkisyan erməni cəmiyyətini aldadır. Guya xarici ölkələrlə rasional əlaqələr qururlar. Əməli üsul ləngiyirsə, danışıqlar, vədlər önə çıxır. Ermənistanda bunun təzahürlərini görürük. Ona görə də insanlar müxtəlif üsullarla ölkədən çıxmağa çalışırlar. Bütün bunlar onu göstərir ki, Ermənistan geosiyasi zəmində uğursuzluğa uğramış ölkədir”. 

Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs