Əlaqə Arxiv
news Image
2017.10.03
18:10
| A A A
Prezident Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında sərəncam imzalayıb.
 
Movqe.az-ın məlumatına görə, voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakını, ölkəni layiqincə təmsil etdiyini nəzərə alaraq, Azərbaycan voleybolunun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sizin Reklam Yeriniz