Əlaqə Arxiv
news Image
2017.10.04
17:15
| A A A
Erməni deputat Azərbaycanın Ermənistandan üstün olduğunu etiraf etdi

Ermənistan Azərbaycanla hərbi balansı itirir. 

Movqe.az xəbər verir ki, bunu “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi vahimə içindədir:

“Çünki Serj Sarkisyanın rəhbərliyi ilə Ermənistan hakimiyyəti qeyd edir ki, Azərbaycanla hərbi balansı və bizim strateji tərəfdaşımız olan Rusiyanın dəstəyi və vasitəçiliyini itirib”. 

Deputat bildirib ki, Ermənistan ümumilikdə bütün təhlükəsizlik fəlsəfəsini itirib: “Çünki hər dəfə Rusiya Azərbaycana silah satır və biz o zaman sual veririk. Biz nə edək? Cavabı isə sadədir. Yenidən Rusiya ilə zəif müqavilə imzalamağa gedək. Daha sonra Rusiya Türkiyəyə silah satır. Bəs indi nə edək? Gedək yenə də bizim suverenliyimizi daha da azaldan müqavilə imzalayaq?”.

Erməni deputat xatırladıb ki, Rusiya artıq Türkiyəyə “S-400” sistemlərini satır: “Bunun yanında “İskəndər”lər oyuncağa çevriləcək” - deyə Paşinyan istehza ilə bildirib.

azvison.az

 

Sizin Reklam Yeriniz