Əlaqə Arxiv
news Image
2012.04.26
13:05
| A A A
Əhməd Şəfiqə prezidentlik yolu açılıb
Mövqe.az "Euronews"a istinadən bildirir ki, Misirdə keçmiş prezident Hüsnü Mübarəkin dövründə baş nazir Əhməd Şəfiqin əvvəl geri götürülən prezidentliyə namizədlik müraciəti qəbul edilib.
Misirin rəsmi xəbər agentliyi "Məna"ya görə, Prezidentlik Seçkisi üzrə Yuxarı Komissiyasının başçısı Faruk Sultan Şəfiqin müraciətinə təsdiq verib. Komissiya bir neçə vaxt bundan əvvəl aralarında Mübarəkin keçmiş kəşfiyyat rəhbəri Ömər Süleymanın olmaqla 10 adamın namizədliyini ləğv edib.
Baş nazirlik vəzifəsinə 29 Yanvar 2011-ci ildə təyin olunan Şəfiq, təzyiqlər nəticəsində martın 3-ü vəzifəsini buraxmaq məcburiyyətində qalıb.
Misirdə prezidentlik seçkilərinin ilk turu 23-24 mayda keçiriləcək.

Ziba Yusifova

Sizin Reklam Yeriniz