news Image
2013.03.05
12:56
| A A A
Çexiya prezidentini dövlətə xəyanətdə günahlandırıblar

Çexiya prezidenti Vaslav Klaus dövlətə xəyanətdə ittiham edilib. Yerli parlamentin yuxarı palatası-senat Çexiyanın Konstitusiya məhkəməsinə tapşırıq verib ki, 2013-cü ilin əvvəllərində Klausun ölkənin 6 mindən çox məhkumunun əfvi barədə verdiyi qərarının hüquqi cəhətdən nə dərəcə doğru olduğunu araşdırsın. 


Qeyd edək ki, amnistiya Çexiya Respublikasının 20-ci ildönümünün şərəfinə elan olunub. Bununla əlaqədar, 8 il ərzində araşdırılan  bir sıra anti-korrupsiya halları da yığışdırılıb. Senatorlar Klausu, həm də Aİ müqavilələrinin ratifikasiyasından imtinası ilə əlaqədar Konstitusiyaya etdiyi düzəlişlərə görə də, günahlandırıblar.


Klausun ünvanına söylənilən ittihamları 38 millət vəkili, 30 senator, ona qarşı çıxış etməklə, dəstəkləyib. Məhkəmə təqdim olunan işə mart ayının sonunda baxacaq və əgər, prezident təqsirli bilinərsə, o, öz vəzifəsini tərk etməli olacaq. Bununla birlikdə, qeyd olunur ki,  onsuz da, 71 yaşlı Klausun səlahiyyətlərinin bitmə vaxtı gələn cümə axşamıdır.