Əlaqə Arxiv
news Image
2017.10.11
12:05
| A A A
KİV: Şimali Koreya yeni qitələrarası raket istehsal edib
Ekspertlər bunun Hvanson-14ün modernləşdirilmiş üçhissəli variantı olduğunu hesab edirlər

Şimali Koreyada sentyabrın sonlarında qitələrarası ballistik raketin yeni modelinin hazırlanması prosesi başa çatıb.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın "The Asahi Shimbun" qəzeti ABŞ və Cənubi Koreya mənbələrinə istinadən yazıb.
Nəşrin yazdığına görə, kosmik kəşfiyyat ötən ayın sonunda Pxenyandakı hərbi zavoddan xüsusi qatarın yola düşdüyünü qeydə alıb. Məlumata əsasən, onda əvvəllər müxtəlif növ hərbi raketlər yığılıb. Qatarın zavoddan qitələrarası ikihissəli "Hvanson-14"a bənzəyən, amma daha böyük və daha uzun olan yeni raketi çıxardığı ehtimal olunur.
Ekspertlər bunun "Hvanson-14"ün şərti olaraq "Hvanson-13" adı verilən modernləşdirilmiş üçhissəli variantı olduğunu hesab edirlər. Raketin daha dəqiq xüsusiyyətləri hələ müəyyənləşdirilməyib.

Sizin Reklam Yeriniz