Əlaqə Arxiv
news Image
2017.10.11
13:57
| A A A
AŞPA-da Azərbaycanla bağlı QƏTNAMƏ qəbul edildi - YENİLƏNİB

 

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə  14403 saylı Qətnamə qəbul olunub.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.  

----------

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən plenar iclasında Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, ilk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.
 
Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: "Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz sadəcə üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq".
 
Daha sonra hər iki hesabat üzrə ümumi müzakirələr keçirilib.

Sizin Reklam Yeriniz