news Image
2017.10.12
09:50
| A A A
Bakı və İrəvana dünya miqyasında tam fərqli münasibət hökm sürür
Elman Nəsirov: “Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq siyasətdə fəal oyunçudur”

Azərbaycanın yeritdiyi balanslı və çoxvetkorlu xarici siyasət ölkəmizin beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirib. Bu fonda Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışan dövlətlərin sayı artıdığı halda Ermənistanla əlaqələrdə bunun tam əksi müşahidə olunur. Siyasilərin sözlərinə görə, bu reallıq Dağlıq Qarabağın həlli məsələsində Azərbaycanın mövqelərini möhkəmləndirir.

Millət vəkili Elman Nəsirov da Azərbaycan dövlətinin xarici siyasətinin çoxvektorlu və balanslaşdırılmış siyasət olduğunu vurğuladı: “Xarici siyasət ölkənin milli maraqlarını beyəlxalq aləmdə müdafiəsi ilə bağlı həyata keçirilən siyasətdir. Bu mənada  ölkəmizin milli maraqlarının beynəlxalq aləmdə müdafiəsi çoxvektorluluqdan keçir. Hansı ki, bu siyasətin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Bu gün də həmin siyasəti ölkə Prezidenti cənab İlham Əliyev davam etdirir. Dövlət başçısı həmin siyasətə bir innovativlik, çeviklik də gətirib. 
Eyni zamanda həmin siyasət bu gün hücum taktikasına söykənir. Bundan başqa, Azərbaycan müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçib. Əsas prinsip bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan münasibətlərdir. Ən başlıcası isə bu, müstəqil siyasətdir. Həmin siyasət bu gün beynəlxalq aləmdə Azərbaycanın mövqelərini kifayət qədər gücləndirib. Artıq beynəlxalq aləmdə Azərbaycana etibarlı tərəfdaş kimi yanaşırlar. Azərbaycan çox fəal xarici siyasət yeridir. 
Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlət başçısı qeyd etdi ki, 9 ay ərzində 14 ölkədə səfərdə olub. Həmçinin 10-a yaxın ölkənin hökumət və dövlət rəhbərləri Azərbaycanda səfərdə olublar. Həmin səfərlər də müxtəlif coğrafiyaları əhatə edir. Bu da tarazlaşdırılmış, çoxvektorlu siyasətin sübutu kimi təsdiqlənə bilər. Ermənistanda isə tamamilə bunun əksidir. 
Ermənistan Rusiyanın bir koloniyasıdır. Böyük britaniyalı ekspertlər bu ölkə ilə bağlı haqlı qeyd edirlər ki, bu gün Ermənistan üçün əsas problem Dağlıq Qarabağ probleminin həlli deyil: “Əsas ciddi problem Ermənistanın dövlət olaraq müstəqilliyinin tamamən itirilməsi ilə bağlı olan vəziyyətdir”. Ona görə də Ermənistan heç bir halda müstəqil siyasət yeridə bilməz. Serj Sarkisyan Avropa İttifaqı ilə üç illik danışıqlardan sonra assosiativ sazişlə bağlı sənədi imzalamalı idi. Lakin Moskvaya bir səfərdən sonra Avropa ilə bütün danışıqların üstündən xətt çəkməli oldu. Bütün bunlar Ermənistanın siyasətinin nə qədər «müstəqil» olduğunu təsdiqləyir. Ermənistan hətta müstəqilliyinin növbəti atributunu itirib. Bu da onunla bağlıdır ki, Rusiya ilə birgə hərbi komandanlıq yaradılıb. Bu məsələ artıq Ermənistan parlamentində radifikasiya olunub. Yəni Ermənstanın bu gün müstəqil silahlı qüvvələri də yoxdur. Ona görə də dövlət kimi yalnız formal şəkildə mövcuddur. Bu səbəbdən də beynəlxalq aləmdə Ermənistana olan münasibət bəllidir. Ermənistan prezidentinin səfərlərinə diqqət etdikdə, çox məhdud coğrafiyalar olduğunu görünür. Hətta il ərzində Ermənistana bir nəfər dövlət rəhbəri gələrsə, buna sevinər, dövlətin uğurlu xarici siyasəti hesab edərlər. Bütün bu göstəricilər onu təsdiqləyir ki, Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq siyasətdə fəal oyunçudur. Bu reallıq şübhəsiz ki, Dağlıq Qarabağın həlli məsələsində Azərbaycanın mövqelərini möhkəmləndirir”.
Millət vəkili əlavə etdi ki, ötən ilin aprel döyüşlərindən sonra Ermənistan prezidenti üç şərt irəli sürüb: “Guya bu şərtlər daxilində danışıqlar baş verə bilər. Birinci şərti odur ki, təmas xəttində atəşkəsin pozulması ilə bağlı məsələləri araşdırmaq üçün mexanizm formalaşsın. İkincisi, ünvanlı bəyanatların verilməsini tələb etmişdi. Üçüncüsü isə guya Azərbaycan təərfindən Dağlıq Qarabağ əhalisinə qarşı təcavüz siyasəti həyata keçirilir. Buna son qoyulması ilə bağlı Azərbaycandan təminat almalıdır. Göründüyü kimi, absurd şərtlər irəli sürüb. Bu şərtlər olmayacağı təqdirdə danışıqlara getməyəcəyini bəyan edib. Amma bu gün Ermənistan danışıqlara qayıtmaq məcburiyyətində qalıb. Bütün bunlar onu göstərir ki, aprel döyüşlərindən sonra Azərbaycanın diplomatik üstünlüyü tam təmin edilib. Təmas xəttində Azərbaycanın üstün mövqeyi mövcuddur. Bütün bunlar da Azərbaycanın həyata keçirdiyi uğurlu ordu quruculuğu və xarici siyasət hesabına əldə edilib. Danışıqlar prosesində mövqelərimizi gücləndirən əsas amillərdir”. 
Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs