news Image
2017.10.12
11:40
| A A A
"AŞ PA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur” Prezidentin köməkçisi

“Uzun müddətdir ki, AŞ PA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Twitter”dəki səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Belə təəssürat yaranır ki, AŞ PA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmətini nümayiş etdirmək üçün çalışır.

Prezident köməkçisi bildirib ki, AŞ PA-da oturanların bəziləri özlərini az qala inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər:

"Məgər AŞ PA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞ PA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?"

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs