Əlaqə Arxiv
news Image
2017.10.13
13:53
| A A A
Dəniz Baykal Azərbaycana qarşı səs verib?

Türkiyəni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən deputat, Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq lideri Dəniz Baykalın Azərbaycana qarşı səs verməsi ilə bağlı məlumatlar təmsil etdiyi partiyada çaşqınlıq yaradıb.

Movqe.az xəbər verir ki, CHP-nin ictimaiyyətlə əlaqələr bölməsindən AzVision.az-a verilən açıqlamada bildirilib ki, bu məsələ hazırda araşdırılır, Dəniz Baykalın və digər deputatların hansı səbəbdən Azərbaycana qarşı səs verməsi onlara məlum deyil.

“İnanırıq ki, burada texniki səhvə yol verilib. Biz bu məlumatların doğru olub-olmadığı araşdırırıq. Ola bilsin ki, yanlışlıq olub. CHP sədri Kamal Kılıçdaroğlu və Dəniz Baykal daim Azərbaycanı dəstəkləyib. Onun və digər deputatların belə addım atması bizdə şübhə doğurur. Məsələ ilə bağlı rəhbərliyə məlumat verəcəyik və yaxın vaxtlarda rəsmi açıqlama yayılacaq”.

Qeyd edək ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə qətnamənin lehinə səs verənlər arasında Türkiyə Böyük Millət Məclisinin CHP partiyasından olan deputatları - Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsici də olub. Həmin qətnamə 117 lehinə, 18 əleyhinə olmaqla qəbul edilib.

 

Sizin Reklam Yeriniz