Əlaqə Arxiv
news Image
2017.10.14
07:00
| A A A
Ermənistanda yüksələn faşizm
Fazil Mustafa: “Ermənilərdən bütün yerlərdə qarışdırıcı ünsür kimi istifadə etmək bəzi dövlətlərin marağındadır”

Bakıda "Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Ermənistan bu gün də nasist ideologiyasını təbliğ edir: "Ermənistanda o zaman faşistlərə böyük yardım göstərən, vətəninə və xalqına xəyanət edən nasist Nijdeyə abidə qoyulub və hətta bu abidənin açılışında ölkə rəhbəri də iştirak edib. Diqqət edin, regional SS-in yaradıcısı, vətən xəyanətkarı indi Ermənistanda milli qəhrəman olub". Dünya isə Ermənistanda nasist ideologiyasının təbliğinə yenə göz yumur. 

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, xristian dünyası ermənilərdən öz məqsədləri naminə istifadə etdiyindən onların bütün şıltaqlıqlarına, hətta nasizmi təbliğ etmələrinə belə göz yumurlar: “Ermənistan təkcə nasist ideologiyasını təblig edən dövlət deyil. Ermənistan bütövlükdə cinayətkar bir dövlətdir. Burada hakimiyyətdə olanlar da cinayətkar rejimdir. Nasist ideologiyasından da betər onların özlərinin Xocalıda törətdikləri soyqırım əməli, işğal etdikıri ərazilərimizdə həyata keçirdikləri etnik təmizləmə siyasəti və mədəni, arxeoloji abidələrimizi məhv etmələridir. Bu fonda dünya dövlətlərinin Ermənistanda nasist ideologiyasının təbliğinə göz yumması ciddi suallar doğurur. 
Ermənistan əzəli Azərbaycan torpaqlarında süni şəkildə yaradılan bir dövlətdir. Tarixən bu ərazilərdə ermənilər yaşamayıb. Sadəcə olaraq, xristian ölkələri türk dövlətləri arasında bir bufer zona yaratmaq üçün Ermənistanı ortaya atmaqla ondan öz geosiyasi planları naminə istifadə edirlər. İstər vaxtilə ingilislər olsun, indi isə ABŞ və Rusiya hər zaman Ermənistana dəstək olub, onun himayədarı olublar. Onlar Ermənsitan dövlətini yaratmaqla müsəlman və türk dövlətlərinə təzyiq etməyi nəzərdə tutublar. Bu günün özündə də Ermənistandan məhz bu məqsədlə yararlanırlar. Ona görə də Ermənistanın bütün cinayətlərinə göz yumurlar. Çünki Ermənistanın özünün yaranması cinayətkar hadisədir. Başqa bir dövlətin ərazisində zorən gəlib dövlət yaratmağın özü bir cinayətdir. Ermənistan təkcə türk və müsəlman ölkələri üçün deyil, bütövlükdə dünya üçün təhlükədir. Amma təəssüf ki, müsəlman ölkələri arasında da İran kimi dövlətlər Ermənistana dəstək olurlar”. 
Milli Məclisin deputatı Fazil Mustafa da qeyd etdi ki, ermənilərdən hamı bir alət olaraq öz məqsədləri naminə istifadə edir. Ona görə də Ermənistanın vəhşi əməllərinə göz də yumurlar: “Ermənistanda faşistlərlə əlbir olanda, sovet hökuməti tərəfində vuruşan da qəhrəman hesab edilir. Prinsipcə Bakı Kommunası da Ermənistan tərəfindən qəbul olunmamalıdır. Amma Şaumyan adı onlar üçün ən əziz adlardan biridir. 
Ümumiyyətlə, Ermənistanın ərköyünlüyü həm Rusiya, həm də ABŞ tərəfindən normal qəbul olunur. Kimsə Rusiya ilə bu dərəcədə yaxın olsaydı, ABŞ-dan uzaqlaşardı. Amma görürük ki, İrəvan Moskva ilə olduğu kimi Vaşinqton və Parislə də eyni dərəcədə yaxındır. Bu, xüsusi bir ölkədir ki, hər bir dövlətin öz marağını təmin edə biləcək mahiyyət daşıyır. Ermənilərdən bütün yerlərdə qarışdırıcı ünsür kimi istifadə etmək bəzi dövlətlərin marağındadır. Ona görə də Ermənistanda nasizmin təbliğ edilməsi kimi məsələlərə diqqət yetirilmir. Həqiqətən də Ermənistanda faşizmdən də betər anlayış hökm sürür. Ermənilər bir sözlə, hamı üçün istifadə olunan  bir alətdir”.
Rüfət NADİROĞLU
  
  
  

Sizin Reklam Yeriniz