Əlaqə Arxiv
news Image
2013.03.06
10:15
| A A A
Azərbaycanın çörəyinə naxələf çıxan ziyalı
Elçin Mirzəbəyli: “Rüstəm İbrahimbəyov Rusiyadan idarə olunur” Mais Səfərli: “Unutmasın ki, maddi imkanın böyük əksəriyyətini elə Azərbaycanda əldə edib”

Özünü Ziyalılar Forumu kimi təqdim edən qurumun bu gün əslində, zərərli bir fəaliyyətlə məşğul olması danılmaz həqiqətdir. Bu qurumun təsisçilərindən olan Rüstəm İbrahimbəyov isə benyəlxalq miqyasda anti-Azərbaycan təbliğatı ilə məşğuldur. O, bir sıra məsələləri xarici, hətta Azərbaycanı sevməyən təşkilat və dövlətlərin masasında həll etməyə çalışır. Əlbəttə ki, bir ziyalı olaraq ümumilikdə Rüstəm İbrahimbəyov hərəkətləri, xüsusi ilə də xaricilərlərlə işbirliyi onu ictmai qınaqdan yayındıra bilmir. Belə ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli qeyd edir ki, Rüstəm İbrahimbəyovun böyüdülməsində bir az da bizim günahımız var: "Günahımız da ondan ibarətdir ki, bir insana ona layiq olmadığı, layiq olduğundan dəfələrlə artıq dəyəri verəndə, təbii ki, nəticə etibarı ilə o, özünü millətdən də, dövlətdən də üstün tutmağa başlayır. Rüstəm İbrahimbəyov heç vaxt azərbaycanlı olmayıb. O, yalnız, Azərbaycanda doğulan bir yazar olub. Onun nə əsərlərində, nə çəkdiyi filmlərdə Azərbaycan xalqının mənəvi dəyərləri ilə bağlı heçnə yoxdur. Bu insanlar həmişə xalqımıza yuxarıdan aşağı baxıblar. Hər zaman da bizim cəmiyyətin daha aşağı olduğunu düşünüblər. Bu, onun əsərlərində də nəzərə çarpmaqdadır".

Elçin Mirzəbəyli onu da qeyd etdi ki, Rüstəm İbrahimbəyov deyir ki, Bakı ermənilər köçəndən sonra öz mahiyyətini itirib: "O, yaxşı rejissor olsaydı, heç olmasa xiffətini çəkdiyi erməni rejissorlarından dərs götürərdi: "Azərbaycanın problemləri haqqında kiçicik sənədli bir film çəkərdi. Onu da etmir. Onu ortaya çıxaran, ona dəyər verən, onu bu gün ən varlı insanlardan birinə çevirən xalqına xidmət etməyibsə, ondan hər şey gözləmək olar. O baxımdan Rüstəm İbrahimbəyov timsalında mənəvi dəyər axtarmaq boş işdir. Onun üçün mənəvi dəyər yoxdur".

Elçin Mirzəbəyli bildirdi ki, Rüstəm İbrahimbəyov Rusiyadan idarə olunması hər kəsə bəllidir: "İlk müsahibəsindən başlamış bu günə qədər verdiyi bütün açıqlamalarında Rusiya tərəfindən idarə olunur və mesajlar səsləndirilir. Yaxşı olardı ki, Rüstəm İbrahimbəyov ona bu mesajları dilə gətizdirən Rusiyanın təmsilçilərinə bildirsin ki, gedin birinci növbədə öz ölkənizdəki demokratik prinsiplərin, insan hüquq və azadlıqlarının bərqərar olunmasını təmin edin. Çünki, Rusiyada bu problem çox acınacaqlıdır. Bu, təkcə vətəndaşların hüquqlarının qorunması baxımından yox, eyni zamanda Rusiya Federasiyasına daxil olan millətlərin hüquqlarının qorunması baxımından belədir".

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirir ki, Rüstəm İbrahimbəyovun bütün imkanları yaxşıdır ki, o, dünyanın hər bir ölkəsinə gedib - gələ bilir: "Amma unutmasın ki, maddi imkanın böyük əksəriyyətini elə Azərbaycanda əldə edib. İndi də Azərbaycanın daxili problemlərini beynəlxalq arenaya çıxarmaq, xaricdə oturub Azərbaycandan şikayət etmək ziyalıya yaraşmayan bir hərəkətdir. Əgər hansısa təklifləri varsa, Azərbaycanda öz fikirlərini desin. Azərbaycanda fikir, söz azadlığı təmin olunub. Kostitusiyamız da buna zəmanətdir. Gedib orda - burda danışmaq ziyalıya baş ucalığı gətirməyən hərəkətdir. Bu, hərəkətlərinin kökündə nə durduğunu deyə bilmərəm. Amma inciklikdirsə, açıq şəkildə fikirlərini bildirə bilər. Nəsə umursa, o umduğundan da arıtğını Azərbaycan ona verib. Ona Azərbaycanda rəhbərlik səviyyəsində çox yüksək münasibət olub. Ölkə rəhbərinin ona olan xoş münasibəti cəmiyyətdə də ona yaxşı münasibət formalaşdırmışdı. Ona görə də Rüstəm İbrahimbəyov istədiyi qapını "təpiklə" açırdı. Amma bu münasibətlərin korlanmasında Rüstəm İbrahimbəyovun özü günahkar olub. Daxili problemləri xaricdə çözməsi nə Azərbaycanın, nə də onun özünə xeyrinədir. Onun hansısa mərkəzlər tərəfindən idarə olunması isə ciddi şəkildə araşdrılmalıdır".

Sizin Reklam Yeriniz