Əlaqə Arxiv
news Image
2017.10.18
13:15
| A A A
Polşa prezidentinin Azərbaycana səfəri gözlənilir

"Azərbaycanla Polşa arasında Avropa İttifaqı, ATƏT və Vişeqrad qurumları çərçivəsində əməkdaşlıq yüksək səviyyədədir"

Movqe.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda polşalı həmkarı Vitold Vaşçikovski ilə keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycanla Polşa arasında əlaqələr qədim tarixə malikdir. Bu il biz Azərbaycanla Polşa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edirik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi mövqeyə görə Polşaya öz təşəkkürümü bildirirəm. Polşa bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Görüş zamanı biz iqtisadi əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdıq".

Xİn rəhbərinin sözlərinə görə, gələn il Polşa prezidentinin Azərbaycana səfəri gözlənilir.

Sizin Reklam Yeriniz