Əlaqə Arxiv
news Image
2017.10.18
13:36
| A A A
XİN başçısı: "Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir"

"Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanda böyük maraq doğurur. Hazırda Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Xüsusilə tərəfdaşlıq sazişi ilə bağlı işlər gedir".
 
Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
Nazir qeyd edib ki, Azərbaycan Aİ-nın 10 ölkəsi ilə strateji tərəfdaşdır.
 
"Daha iki ölkə ilə strateji tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Düşünürük ki, Avropa İttifaqı ilə saziş strateji əhəmiyyətli olmalıdır. Avropa Komissiyasının üzvləri bu ayın sonu Azərbaycana gələcəklər. Digər dövlət qurumları da müzakirələrdə yaxından iştirak edir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Hazırda enerji sahəsində strateji əhəmiyyətə malik əməkdaşlıq mövcuddur. Bununla belə, bütün sahələri əhatə edən müzakirələrə hazırıq", - deyə E. Məmmədyarov bildirib.

APA

Sizin Reklam Yeriniz