news Image
2013.03.06
16:24
| A A A
Suriyada üsyanlar səngimək bilmir
Suriyanın şimalındakı Rakka şəhərini ələ keçirən müxaliflər, Hafiz Əsədin heykəlini yıxaraq hakim Həsən Cəlilini əsir alıb. Orduya sadiq döyüş təyyarələri isə şəhərə bomba atmağa başlayıb. Movqe.az -ın xəbərinə görə Cəlili ilə yanaşı bəzi kəşfiyyat polis səlahiyyətlilərinin əsir alındığı qeyd edilib. Mərkəzi İngiltərənin paytaxtı Londonda olan Suriya İnsan Haqqları İzləmə Təşkilatına edilən şərhdə, Həsən Cəlilinin, qiyamın başlanğıcından bu yana müxaliflərin əlinə keçən ən yüksək rütbəli vəzifəlilərdən biri olduğunu vurğulanıb. 500 min nəfər əhalisi olan şəhərdə nəzarəti təmin edən müxaliflər, Əsəd rejiminə sadiq döyüş təyyarələrinin hücuma başladığını açıqlayıb. Dünən gün ərzində Rakkaya 60-dan çox bomba atan döyüş təyyarələri, xüsusilə müxaliflərin olduğu nöqtələri hədəf alıb.