Əlaqə Arxiv
news Image
2017.10.19
22:30
| A A A
Məsud Barzaninin müavini barəsində cinayət işi açılıb
İraqın Ali Məhkəməsi Kosret Resulun həbsinə dair qərar qəbul edib

İraq Ali Məhkəməsi ölkənin şimalındakı Kürd Muxtar Əyalətinin başçısı Məsud Barzaninin müavini Kosret Resulun həbsinə dair qərar qəbul edib.

“Report” “Ajanshaber”ə istinadən xəbər verir ki, bunu məhkəmənin sözçüsü Abdusettar Bayaraktar bildirib. 
Məlumata görə, K.Resul İraqın mərkəzi hakimiyyətini və ona bağlı hərbi birlikləri "işğalçı güclər" adlandırıb. Bu açıqlamasına görə onun barəsində cinayət işi açılıb. 
Qeyd edək ki, Kosret Resul həm də muxtariyyətin “peşmərgə” adlı silahlı dəstələrinin başçısıdır.

Sizin Reklam Yeriniz