Əlaqə Arxiv
news Image
2017.10.20
13:45
| A A A
Ekspert: D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacibdir

İstanbulda keçirilən D-8 sammitində Azərbaycanın iştirakı strateji cəhətdən vacib xarakter daşıyır.

Movqe.az xəbər verir ki, bunu Trend-ə türkiyəli xarici siyasət üzrə ekspert və “Beyaz Hareket” siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib.

Ekspert qeyd edib ki, D-8 sammitinin təşkili ölkənin keçmiş baş naziri Nəcməddin Ərbakanın fikri olub: “N.Ərbakandan sonra prezident Rəcəb Tayyib Ərdoğan D-8 ölkələri arasındakı münasibətlərin inkişafına böyük diqqət ayırıb”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 sammitində xüsusi qonaq qismində iştirak etmək İstanbula gəlib.

D-8 sammiti bu gün İstanbulda keçirilir. Sammitdə üzv-ölkələr Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan iştirak edir.

Sizin Reklam Yeriniz