Əlaqə Arxiv
news Image
2017.10.23
13:03
| A A A
Şəhid əsgərimiz dəfn olundu

Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Zeynalov Cabbar Firuddin oğlu doğulduğu Saatlı rayonunda dəfn edilib. Movqe.az -ın məlumatına görə, şəhidin cənazəsi Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.

Sizin Reklam Yeriniz