Əlaqə Arxiv
news Image
2017.10.23
13:58
| A A A
Rəsmi Bakı: Sarkisyan Azərbaycan Prezidenti ilə görüşdən sonra səsləndiriləcək bəyanatla razılaşdı, ancaq sonradan ağlına gələni dedi

Ermənistan Prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşdən sonra səsləndiriləcək bəyanatla razılaşdı, ancaq görüşdən sonra ağlına gələni deyir. TMovqe.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, bununla da S.Sarkisyan tamamilə görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirir:

“Azərbaycan Prezidenti, digər dövlət rəsmiləri Ermənistan prezidentinə cavab verdi. Ancaq Ermənistan prezidenti həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, amma görüşdən çıxandan sonra riyakarlıq edir, başqa cür danışır. Əgər Ermənistan prezidenti bununla razı deyildisə, görüşdə bunu bildirə bilərdi, deyərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra deyəcək. O halda ona xalqının inamı necə olacaq, o xalqın inkişafını, rifahını necə təmin edə biləcəksən? Həmsədrlərə əvvəlcə söz verib, sonra başqa addım atan Ermənistan prezidenti barədə nə düşünürlər?! Əgər dövlət başçısı kim statusun varsa, belə riyakarlıq etmək, yalan danışmaq olmaz. Danışdı, cavabını da aldı".

N.Məmmədov vurğulayıb ki, erməni xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb, ermənilər ölkələrini tərk edirlər. onun sözlərinə görə, bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır: “Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhaltsi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir".

Sizin Reklam Yeriniz