Əlaqə Arxiv
news Image
2017.10.24
13:27
| A A A
Dövlət müşaviri və PA rəhbərinin müavini vəzifələri “Dövlət qulluğu haqqında” qanundan çıxarılır

Dövlət müşaviri və Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.
 
Movqe.az-ın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur.
 
Layihəyə əsasən, dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır.
 
Qeyd edək ki, Dövlət müşavirliyi institutu və PA rəhbərinin müavini vəzifələri bir müddət əvvəl ləğv olunub.

 

Sizin Reklam Yeriniz