Əlaqə Arxiv
news Image
2017.10.25
17:15
| A A A
İrəvanda tələbələr etiraza qalxdı: “Əsgərliyə getmək istəmirik”

Ermənistanın parlament binası qarşısında tələbələr etiraz aksiyasına başlayıb. 

Movqe.az azvison.az-a  istinadən xəbər verir ki, etirazçılar bu gün parlamentdə qəbul edilən "Hərbi xidmət və Hərbi xidmətin statusu haqqında" qanun layihəsinə qarşı olduqlarını deyiblər.

Etirazçılar hesab edirlər ki, müdafə naziri Vigen Sarkisyanın qəbul etdiyi qanunlar onların gələcək həyatına kölgə salır və təhsil imkanlarını məhdudlaşdırır.

"Mənasız yerə üç il xidmət edilməsini istəmirik. Bu kimi şeylərin elmə mane olmasını qəbul etmirik", - etirazçılardan biri deyib.

Hazırda tələbələr müdafiə naziri Vigen Sarkisyan və ya parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının nümayəndələri ilə görüşmək istəyirlər. 

Xatırladaq ki, yeni qanun layihəsi tələbələrə təhsil aldığı dövrdə möhlət verilməsi hüququnu ləğv edir.

Sizin Reklam Yeriniz