Əlaqə Arxiv
news Image
2017.10.26
10:30
| A A A
"Arton Capital": Azərbaycan pasport gücünə görə dünyada 64-cüdür
Azərbaycan vətəndaşları dünyanın 64 ölkəsinə vizasız gedə və ya birbaşa hava limanında viza açdıra bilərlər

 "Arton Capital" şirkətinin hər il yenilənən "ən güclü pasportlar - 2017" reytinqində (Individual Passport Power Rank - 2017) Azərbaycan pasportu 64-cü yeri tutub.

"Report" xəbər verir ki, Azərbaycan vətəndaşları öz pasportları ilə dünyanın 64 ölkəsinə vizasız gedə və ya birbaşa hava limanında viza açdıra bilərlər.
Azərbaycan bu siyahıda MDB ölkələrindən Ermənistan (59-cu yer yer), Qırğızıstan (58), Tacikistan və Özbəkistan (hər biri 54), həmçinin Türkmənistanı (48) qabaqlayıb.
Qonşu ölkələrdən Rusiyada siyahıda 83-cü, Gürcüstan 44-cü, Türkiyə 45-ci, İran isə 90-cıdır.
Siyahının birinci pilləsində Sinqapur qərarlaşıb. Bu ölkənin vətəndaşları 159 ölkəyə vizasız gedə və ya getdikləri yerdə viza açdıra bilərlər.
Top-10-luğa İsveç (124 ölkəyə vizasız və 33-də aeroportda viza açdırmaqla), Cənubi Koreya (Müvafiq olaraq 117 və 40), Danimarka, Finlandiya və İtaliya (124 və 32), Fransa (123 və 33), İspaniya (122 və 34) və Norveç (120 və 36) daxil olub.

Sizin Reklam Yeriniz