Əlaqə Arxiv
news Image
2017.10.26
12:30
| A A A
Rusiya tankçıları Ermənistanda təlim keçəcəklər

Rusiya hərbçiləri Ermənistan dağlarında təlim keçəcəklər. Movqe.az-ın məlumatına görə, Cənub hərbi dairəsinin Rusiya hərbi bazasının tank bölmələrinin hərbi qulluqçuları Ermənistanda yay dövründə yekun yoxlamalar çərçivəsində "tank dueli" keçirəcəklər.

Oktyabrın 27-dək davam edəcək yoxlamaların gedişində T-72B tank ekipajları "Alaqyaz" yüksək dağlıq poliqonunda şərti düşmənin canlı qüvvəsini və zirehli hərbi vasitələrini məhv edəcəklər.

Təlimlərə Rusiya tank bölmələrinin təqribən 100 hərbi qulluqçusu və 30-dan çox hərbi texnikası cəlb olunacaq.

Sizin Reklam Yeriniz