Əlaqə Arxiv
news Image
2017.10.26
14:30
| A A A
"Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərdə fakt yoxdur"

Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərin əlində fakt yoxdur. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Moskvada keçirilən dini liderlərin görüşündə imzalanan bəyanatda əks olunan "hər iki tərəfdə dini abidələr dağıdılır" fikrinə münasibət bildirərkən deyib.

Əlimizdə təkzibedilməz faktlar var ki, erməni tərəfi işğal olunmuş Azərbaycan ərazilərində və zamanında Azərbaycan torpaqları olan indiki Ermənistan adlanan dövlətin ərazisində olan tarixi abidələrimizi kütləvi sürətdə dağıdırlar.

Komitə sədri bildirib ki, eyni zamanda ermənilər Qafqaz Albaniyasına aid kilsələri də mənimsəyir, özününküldirməyə çalışır:

"Bu bəllidir və erməni tərəfi həmin sənəddə məsələləri təhrif edərək bu cür məlumat yaymağa çalışır. Əslində o sənəddə Azərbaycan tərəfinə heç bir ittiham irəli sürülmür və Azərbaycanın hər hansı bir abidəni dağıtması barədə ermənilərin əlində hər hansı bir fakt yoxdur. Ermənilər həmişəki kimi yenə də uydurmadan istifadə edirlər. "

Sizin Reklam Yeriniz