Əlaqə Arxiv
news Image
2017.10.26
15:20
| A A A
Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçu həbs edilib

İşğalçı Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə xəbər yayılıb. Movqe.az-ın məlumatına görə, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyan həbs edilib.

Məlum olub ki, K.Nuricanyan hərbi hissədən oğurladığı silahı və ona aid sursatları ovçuluqla məşğul olan yerli sakinlərə satarkən həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilən K.Nuricanyan izahatında bu işi zabitlərin tapşırığı ilə etdiyini bildirib.

Oktyabrın 19-da isə döyüş postunda növbədə olarkən oğurladığı əl qumbaralarını satmağa cəhd edən başqa bir hərbi qulluqçunun da həbs edildiyi məlum olub. Hələlik adı gizli saxlanılan hərbi qulluqçunun başqa oğurluq hadisələrində əli olub-olmadığı Ermənistan Müdafiə Nazirliyi İstintaq İdarəsi tərəfindən araşdırılır.

Sizin Reklam Yeriniz