Əlaqə Arxiv
news Image
2017.10.26
21:30
| A A A
Vladimir Putin: "Bu il Rusiyada 43 terror aktının qarşısı alınıb”
Rusiya prezidenti: Xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 200-dən çox şəxs ifşa olunub

“Cari ilin ilk 6 ayında terror məqsədli 43 cinayətin və xarici kəşfiyyatın 30 kadrının fəaliyyətinin qarşısı alınıb”.

“Movqe” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hərbi, xüsusi rütbə və dərəcələrin tədqimetmə mərasimində bildirib.
“Cari ildə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları terror məqsədli 43 cinayətin qarşısını alıb, onlarla terrorçu öldürülüb, cinayətkar dəstələrin 800-ə yaxın üzvü həbs edilib. Bundan başqa, 66 terrorçu və ekstermist özək ləğv edilib”, - deyə o vurğulayıb.
Rusiya prezidenti əks-kəşfiyyatın gördüyü işlərdən danışarkən deyib: “Cari ilin birinci yarısında əcnəbi ölkələrin 30 kəşfiyyatçısının, xarici dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 200-dən çox şəxsin fəaliyyətinin qarşısı alınıb".  

Sizin Reklam Yeriniz